Duman, çiskin, yağış, qar - Sabahın HAVA PROQNOZU

Oxundu: 114
Duman, çiskin, yağış, qar - Sabahın HAVA PROQNOZU

Azərbaycanda bazar gününə gözlənilən hava şəraiti açıqlanıb.

 

İslaminSesi bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, fevralın 16-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskinli, Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 1-4° isti, gündüz 7-10° isti, Bakıda gecə 1-3° isti, gündüz 8-10° isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək.

 

Nisbi rütubət gecə və gündüz 70-80% olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə isə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq.

 

Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.

 

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturugecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system