Duanın faydasını ELM TƏSDİQLƏDİ

Oxundu: 112
Duanın faydasını ELM TƏSDİQLƏDİ

Ailmlər duanın insanlar üçün faydalarından danışıb.

İslaminSesi-nın esoreiter.ru-ya istinadən verdiyi xəbərə görə, duanın insanın psixi vəziyyətinə təsirini araşdıran ABŞ psixiatrı Rob Uitli onun sağlamlığa, eləcə də özünəinama faydasını sübut edib.

Alimlərin fikrincə, duanın xüsusi qaydaları yoxdur. Ucadan ya səssiz, şablon sözlərlə və ya özünəməxsus şəkildə dua etməyin fərqi yoxdur. Bu məsələdə əsas səmimiyyətdir.

Rob bu sahədə bir neçə tədqiqat aparıb.

İlk araşdırmada könüllülər hər gün Allaha dua ediblər Bu qrup insanlarda depressiv hallar azalıb, özünəinam və həyatdan məmnunluq artıb. 

Digər araşdırmada bənzər təcrübə psixiatriya müəssisəsindəki xəstələrin üzərində aparılıb. Tədqiqatın nəticələri təxminən eyni olub. Bəzi könüllülər dualar sayəsində ruhi pozuntulardan xilas olub.

Uitli həmkarlarından və pasiyentlərindən hər gün dua etməyi və nəticələrlə bölüşməyi xahiş edib. Onların əksəriyyəti ümumi vəziyyətlərinin yaxşılaşdığını, depressiyanın azaldığını və həyata münasibətlərinin müsbətə doğru dəyişdiyini bildirib.

Bununla yanaşı, alim qeyd edib ki, dua etmək xüsusilə tənha və cəmiyyətdən təcrid olunmuş insanlar üçün faydalıdır./BiG.AZ/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system