NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:33
  • ZÖHR 12:26
  • ŞAM 17:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

SOSİAL

Oxundu: 102
DTX və polis Qəbələdə əməliyyat keçirib

DTX və polis Qəbələdə əməliyyat keçirib

İslaminSesi bildirir ki, götürülmüş əşyalar ekspert rəyi alınması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.

Qəbələdə qanunsuz dini ədəbiyyatlar, xəncər aşkar edilib.

Daxili İşlər Nazirliyindən İnterAz-a verilən məlumata görə, Qəbələ rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Rayon Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 12-də dini radikalizmi təbliğ etməkdə şübhəli bilinən Vəndam qəsəbə sakinləri Bəhruz Qasımovun və Elman Tahirovun evlərinə baxış zamanı oradan yayılması qanunla qadağan olunmuş ümumilikdə 77 ədəd dini təyinatlı ədəbiyyat, 11 ədəd video və audiokaset, 14 ədəd CD disk və 1 ədəd kustar üsulla hazırlanmış xəncər aşkar edilərək götürülüb.

B.Qasımov və E.Tahirov RPŞ-yə gətirilərək izahatları alınıb, götürülmüş əşyalar ekspert rəyi alınması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system