DTX Neftçala İcra Hakimiyyətinin binasına girdi - İcra başçısı rüşvət alarkən saxlanıldı + Yenilənib

Oxundu: 168
DTX Neftçala İcra Hakimiyyətinin binasına girdi - İcra başçısı rüşvət alarkən saxlanıldı + Yenilənib

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri Neftçala rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.

 

İslaminSesi xəbər verir ki, bu barədə haqqin.az-ın bölgə müxbiri məlumat verib.

 

Məlumata görə, bir müddət əvvəl binaya xüsusi təyinatlı dörd cip gəlib.

 

DTX əməkdaşları binanın qarşısında xüsusi post quraşdırıblar və binaya giriş qadağan edilib.

 

*******

BAKU.WS-in əldə etdiyi məlumata görə, keçirilən əməliyyat zamanı İsmayıl Vəliyev saxlanılıb.
Digər səlahiyyətli şəxslərlə bağlı da araşdırmalara başlanılıb.

 

“unikal.org”un məlumatına görə, Neftçalanın İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən tutulub.

 

Qeyd edək ki, Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Azərbaycan Respublikasının ilk Baş Prokuroru İsmət Qayıbovun bacısı oğludur.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system