DSX: Xəzərdə itkin düşən balıqçılardan 3-ü xilas edilib

Oxundu: 61
DSX: Xəzərdə itkin düşən balıqçılardan 3-ü xilas edilib

Oktyabrın 8-də saat 10:20 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərdə idarəetmə mərkəzindən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə 02.10.2019-cu il tarixdə dənizə çıxmış SA-1672 bort nöm­rəli 4 nəfər heyət üzvü olan bayda tipli üzmə vasitəsi ilə 07.10.2019-cu il saat 16:00 radələrindən sonra əlaqənin kəsilməsi barədə məlumat daxil olub.

 

İslaminSesi bildirir ki, DSX-dan verilən xəbərə görə, bu məlumat alındıqdan dərhal sonra dövlət sərhədinin mühafizə­sində olan sərhəd gözətçi gəmilərinə axtarış barədə tapşırıqlar verilib və əraziyə yaxın fəaliyyət göstərən bütün üzmə vasitələri məlu­matlandırılıb. 

 

Aparılmış birgə axtarış tədbirləri nəticəsində itmiş qayığın 3 nəfər heyəti aşkar olunaraq xilas edilmiş və 09 sentyabr tarixdə saat 00:55 radələrində dənizdə dövlət sərhədinin mühafizəsində olan "Şahdağ" tipli gə­minin bortuna götürülüblər. 

 

Xilas edilmiş balıqçılar ilkin tibbi yardım göstərilərək isti geyim və qida ilə təmin olunub, saat 07:10 radələrində Sahil Mühafizəsinin ba­za­sına gətiriliblər.

 

Xilas edilmiş şəxslərin Neftçala rayonu sakinləri  1980-ci il təvəllüdlü Babayev Valeh Vidadi oğlu, 1975-ci il təvəllüdlü Cəfərov Elbrus Yəhya oğlu, 1971-ci il təvəllüdlü Əhmədov Aqil Şamil oğlu olmaları müəyyən edilib. 

 

Üzmə heyətinin digər üzvü Neftçala rayo­nu­nun sakini 1976-cı il təvəl­lüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları hal-hazıradək nəticə verməyib. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system