“DSMF-yə 5 milyard vəsait ayrılır, amma icrası müzakirə edilmir” - Vahid Əhmədov

Oxundu: 72
“DSMF-yə 5 milyard vəsait ayrılır, amma icrası müzakirə edilmir” - Vahid Əhmədov

Noyabrın 18-də Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirilib. İclasda 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunub.

 

İslaminSesi bildirir ki, bu barədə Modern.az-a danışan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, müzakirələrdən biri də Sosial Müdafiə Fondunun büdcəsilə əlaqədardır:

 

“Biz hər il büdcəni iki dəfə müzakirə edirik. Bir büdcə qəbul edilməmişdən əvvəl, bir dəfə də icrası ilə əlaqədar. Maraqlıdır ki, hər il büdcədən Dövlət Sosial Müdafiə Fonduna 5 milyard manat vəsait ayrılır. Amma onun büdcəsinin icrası müzakirə edilmir. Mən təklif etdim ki, gələn ildən Dövlət Sosial Müdafiə Fondunun büdcəsi də müzakirə edilsin”.

 

V.Əhmədov qeyd edib ki, ehtiyac yaranarsa, qanunda dəyişiklik də edilə bilər:

 

“Mən təklif etdim ki, DSMF-nin büdcəsi həm qəbulda, həm də icra zamanı Milli Məclisdə müzakirəyə çıxarılsın və parlament tərəfindən təsdiqlənsin”.

 

Qeyd edək ki, MM-in komitə iclaslarında jurnalistlər iştirak etmir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system