NAMAZ VAXTLARI:
  • FƏCR 04:29
  • GÜN 05:57
  • ZÖHR 12:44
  • ŞAM 19:48
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 453
Dövlət sərhədini pozan şəxslər saxlanılıb - DSX

Dövlət sərhədini pozan şəxslər saxlanılıb - DSX

DSX əməkdaşlarının sayıq­lığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin ölkə əra­­zisinə qanunsuz yolla gətiril­məsinin qarşısı alınıb.

"İslaminSesi.info" bildirir ki, DSX-dən verilən məlumata görə, aprelin 23-də Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastava­sının xidməti sahəsində dövlət sərhədinin pozulması ilə əlaqədar təxirəsalınmaz sərhəd axtarışı əməliyyatı keçirilib, yaxınlıqdakı yaşayış məntəqələrinə hərə­kət yolları qapadılaraq tam nəzarətə götürülüb. Kompleks qoşun və əmə­liyyat-axtarış tədbirləri nəticə­sində İrandan Azər­baycan isti­qamə­tində dövlət sərhədini pozmuş İran İslam Res­pub­likası vətəndaşları - 1961-ci il təvəllüdlü Məhtəvi Nasir və 1991-ci il təvəllüdlü Allahyar Ruzbeh saxlanılıblar.

 

Sərhəd pozucularının üzərində 1 ədəd 12 millimetrlik “Winchester” tipli və 1 ədəd 12 millimetrlik qoşalülə ov tüfəngləri aşkar olunaraq götürülüb. Araş­dırma zamanı İran vətəndaşlarının dövlət sərhədini pozaraq Azərbaycana keçirdikləri külli müqdarda narkotik vasitəni Astara rayonu Ha­mu­şam kənd sakini, 1950-ci il təvəllüdlü Vahabov Ayətulla Calal oğluna çatdır­maları müəyyən olun­ub.

 

Əməliyyat-axtarış təd­birlərinin davamı olaraq Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsi tərəfindən Daxili İşlər Nazirliyinin Astara rayon polis şöbəsi ilə birgə Vaha­bov Ayətulla Calal oğlu sax­lanılıb, həyətyanı sahə­sində xüsusi yer­də gizlədilmiş yerdə 14 kq 054 qram narkotik vasitə (13 kq 334 qram heroin, 720 qram tiryək) aşkar olu­naraq gö­türülüb.

 

Bununla yanaşı, və­təndaş A.Vahabovun öz övladı – 1995-ci il təvəllüdlü Vahabov Mikayıl Ayətulla oğlunu narkotik qa­çaq­mal­çılığı ilə əlaqədar cinayətkar fəaliyyətə cəlb etməsi faktı da müəyyən edilib və vətəndaş M.Vahabov da həbs olunub.

 

Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system