NAMAZ VAXTLARI:
  • FƏCR 05:10
  • GÜN 06:30
  • ZÖHR 12:32
  • ŞAM 18:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 284
Dövlət qulluqçularının maaşları açıqlandı

Dövlət qulluqçularının maaşları açıqlandı

Cari ilin yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,3 min nəfər olub və onların 28,8%-ni qadınlar təşkil edib.

"İslaminSesi.info" bildirir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, dövlət qulluqçularının 4,5%-i inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 76%-i 4-7-ci təsnifatları üzrə və 19,5%-i dövlət qulluğunun yardımçı vəzifələrində işləyib. 

 

Dövlət qulluqçularının 6,9%-i 1 ilə qədər, 26,1%-i 1 ildən 5 ilə qədər, 22,2%-i 5 ildən 10 ilə qədər, 17,3%-i 10 ildən 15 ilə qədər, 27,5%-i isə 15 il və daha çox qulluq stajına malikdir.

 

Ölkədə inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının 1,1%-ni yerli icra hakimiyyəti başçısının müavinləri, 14,7%-ni şöbə müdirləri, 11,3%-ni şöbə müdirinin müavinləri, 8,2%-ni sektor müdirləri, 25,9%-ni baş məsləhətçilər, 5,3%-ni böyük məsləhətçilər, 13%-ni aparıcı məsləhətçilər və 20,5%-ni məsləhətçilər təşkil edib. 

Dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 2017-ci ildə 690,7 manat təşkil edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system