Dövlət Departamenti təkzib etdi: "ABŞ səfirliklərinə hücum təhlükəsi ilə bağlı məlumat verməmişik"

Oxundu: 125
Dövlət Departamenti təkzib etdi:

CNN telekanalı Dövlət Departamentindəki mənbələrə istinadən xəbər verir ki, Amerika səfirliklərinin təhlükəsizliyini təmin etməklə məşğul olan ABŞ Dövlət Departamenti Birləşmiş Ştatların diplomatik nümayəndəliklərinə İran generalı Qasım Süleymaninin hücum hazırladığı iddiasıyla əlaqədar heç bir məlumat almayıb.

Onların sözlərinə görə, ABŞ Dövlət Departamentində, Süleymaninin öldürülməsindən qısa müddət əvvəl mümkün hücumlar barədə heç bir məlumat yox idi. 

İslaminSesi-nin məlumatına görə, bu barədə Rusiyanın regnum.ru agentliyi xəbər yayıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system