NAMAZ VAXTLARI:
  • FƏCR 03:44
  • GÜN 05:22
  • ZÖHR 12:37
  • ŞAM 20:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Dönərdən zəhərlənən şəxslərdən xəbər var

Oxundu: 163
Dönərdən zəhərlənən şəxslərdən xəbər var

Zəhərlənənlərin bəziləri evə buraxılıb

Paytaxtın Nərimanov rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə ötən gün axşam saatlarına doğru paytaxtın "Nəriman Nərimanov" metrostansiyasının qarşısında yerləşən dönər obyektlərinin birində baş verib.

 

"İslaminSesi.info" bildirir ki, Səhiyyə Nazirliyindən  zəhərlənənlərin son durumu ilə bağlı məlumat verilib. Qeyd olunub ki, ilkin tibbi yardım göstərildikdən sonra 1 saylı Kiliniki Tibbi Mərkəzə gətirilən 3 nəfər artıq evə buraxılıb.

 

"Xəstəxanada qalan xəstələrin ümumi vəziyyəti kafidir, həyati təhlükələri yoxdur" - deyə nazirlikdən verilən məlumatda əlavə olunub.

 

Xatırladaq ki, ötən gün Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti ilə 5 nəfər Kiliniki Tibbi Mərkəzin "Yoluxucu Xəstəliklər" şöbəsinə yerləşdirilib. Zəhərlənənlərin digər ikisi isə 2 saylı "Uşaq Klinik Xəstəxanası"na aparılıb. 



Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system