Donald Tramp: "Cadugər ovu ABŞ üçün çox pisdir"

Oxundu: 82
Donald Tramp:

ABŞ prezidenti Donald Tramp Konqresi "cadugər ovu"na son qoymağa çağırıb.

İslaminSesi xəbər verir ki, bu barədə o, özünün "Twitter"dəki səhifəsində yazıb.

 

"Bu cadugər ovu təcili qurtarmalıdır. Bu, bizim ölkəmiz üçün çox pisdir", - deyə Ağ Ev rəhbəri yazıb.

 

Qeyd edilir ki, ABŞ lideri "cadugər ovu" dedikdə hazırda Birləşmiş Ştatlarda keçirilən impiçment prosedurunu nəzərdə tutur.

 

Donald Trampın impiçment proseduru çərçivəsində dinləmələr ötən həftədən başlayıb. Buna ABŞ rəhbərinin Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon söhbəti səbəb olub. İddia edilir ki, danışıqlar zamanı Tramp həmkarından Co Bayden və onun oğlu barəsində araşdırmaya başlamağı xahiş edib.

 

Daha əvvəl ABŞ prezidenti Konqresdə özünün impiçmenti üzrə dinləmələri biabırçılıq adlandırıb. Dövlət başçısının sözlərinə görə, amerikalılar şahidlərin ifadələri haqqında öz fikirlərini söyləməlidir./"Report"/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system