NAMAZ VAXTLARI:
  • FƏCR 03:34
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:20
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 263
Dollarla qarşı mübarizə - Türkiyə öz qızıl ehtiyatlarını ABŞ-dan çıxartdı

Dollarla qarşı mübarizə - Türkiyə öz qızıl ehtiyatlarını ABŞ-dan çıxartdı

Türkiyənin Mərkəzi Bankı ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) öz qızıl ehtiyatlarını çıxarıb. Bu barədə bankın rəsmi saytında dərc olunmuş illik hesabatında göstərilir.

Sənəddə bildirilir ki, 2016-ci ilin sonuna Türkiyə Mərkəzi Bankının ABŞ Federal Ehtiyatlar Sisteminin ehtiyat anbarında saxlanılmış qızıl ehtiyatı 28,689 ton təşkil edib, 2017-ci sonuna isə müvafiq qrafaya xətt qoyulub.

 

Milliyet qəzeti xəbər verir ki, Türkiyənin böyük şirkətləri də öz qızıl ehtiyatları xaricdən çıxarıblar. belə ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan "valyutaların məzənnəsinin təzyiqlərindən yaxa qurtarmaq və dollara qarşı qızıldan istifadə etmək" barədə çağırış edib. Onlardan biri halk Bankası-dır ki, xaricdə saxladığı 29 ton qızılını Türkiyəyə qaytarıb. Nəşrin mənbələrinin məlumatlarına görə, ölkəyə xaricdən qaytarılan qızıl ehtiyatlarının cəmi 220 ton təşkil edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system