NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Dollar payızda neçəyə olacaq? - PROQNOZ

Oxundu: 94
Dollar payızda neçəyə olacaq? - PROQNOZ

“Nə qədər ki neftin qiyməti 45 dollardan aşağı düşməyib, manatın devalvasiyası haqqında danışmaq mümkün deyil”.

 

İslaminSesi bildirir ki, bu sözləri Modern.az-a açıqlamasında iqtisadçı Rövşən Ağayev bildirib. Onun fikrincə, manatın devalvasiyası ilə neftin dünya bazarındakı qiyməti arasında birbaşa əlaqə var.

 “Azərbaycan manatının taleyi, manatın sabitliyi, onun məzənnəsinin nə dərəcədə sabit qalacağı, manatın məzənnəsi dəyərdən düşəcəkmi, manat möhkəmlənəcəkmi kimi sualların çox sadə bir cavabı var - neftin qiyməti nə qədər sabit olacaq?”

 

Rövşən Ağayev bildirib ki, Azərbaycanda hazırda manatın devalvasiyası heç bir iqtisadi parametrlərə görə gündəlikdə deyil.

“Çünki neftin qiyməti 45-50 dollardan aşağı düşmür. Nə qədər ki neftin qiyməti 45 dollardan aşağı düşmür, manatın devalvasiyası haqqında danışmaq mümkün deyil. Çünki bizim təbii balansımız neftin qiyməti 50 dollara çatdığı halda xərc əmələ gəlir. Manatın sabitliyinə təminat verən ən başlıca amil neft amilidir, çünki Azərbaycan iqtisadiyyatı neftdən əhəmiyyətli dərəcədə asılıdır. Yalnız neft 50 dollardan aşağı düşəndə bu məsələni müzakirə etmək olar”.

 

Xatırladaq ki, dünya bazarında Brent markalı neftin 1 bareli 60 dollar civarındadır. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İQTİSADİYYAT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system