Dollar bahalaşacaq? – “Bu Milli Bankın qərarından asılıdır”

Oxundu: 100
Dollar bahalaşacaq? – “Bu Milli Bankın qərarından asılıdır”

"Görünür, həmin bankların alıcıları bir qədər çoxalıb. Ona görə də dolların manata nisbətən kursunu bir qədər yüksəldiblər”.

 

İslaminSesi bildirir ki, Sfera.az-a açıqlamasında bu sözləri bəzi bankların son aylar dolların alış kursunu 1,7020 manatadək yüksəltməsi fonunda, beynəlxalq valyutanın manata nisbətən kursunun bahalaşması ehtimalına münasibət bildirərkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib.

 

Bu səbəbdən də, A. Nəsirli düşünür ki, yaxın perspektivdə manatla dolların kursunda hansısa dəyişiklik olmayacaq: "Bəzi banklar tərəfindən dolların kursunun manata nisbətən müəyyən dərəcədə yüksəlməsi heç də o anlama gəlmir ki, yaxın dövrdə Azərbaycanda dolların kursu milli valyutaya nisbətən möhkəmlənəcək. Statistikaya görə son iki-üç ayda Azərbaycanda valyuta bazarında dollara olan tələbat 3-5 faiz azalıb. Əslində dollara tələbatın azalması fonunda beynəlxalq valyutanın manata nisbətən qiymətinin ucuzlaşması gözləniləndir. Amma məsələ ondadır ki, ölkəmizdə manatın üzən məzənnəkursuna keçdiyi elan edilsə də, bu baş vermədi. Azərbaycanda manatın digər valyutalara nisbətən kursu Mərkəzi Bank tərəfindən inzibati qaydada tənzimlənməkdə davam edir”.

 

Ekspert bildirdi ki, bu fonda bəzi kommersiya banklarının dolların manata nisbətən kursunu bir qədər bahalaşdırması sadəcə olaraq, həmin maliyyə qurumlarının qısa manevr koridorunda hərəkətilə bağlıdır: "Görünür, həmin bankların alıcıları bir qədər çoxalıb. Ona görə də bəzi banklar az da olsa dolların qiymətini bahalaşdırıb. Lakin bu fikirlər o anlama gəlmir ki, dollar manata nisbətən bahalaşacaq. Prosesin necə gedəcəyi bütün hallarda Mərkəzi Bankın qərarından asılıdır”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system