NAMAZ VAXTLARI:
  • FƏCR 06:29
  • GÜN 07:56
  • ZÖHR 12:36
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Doktor Mövsüm Səmədovun azadlığa çıxması üçün sosial tələb mövcuddur”

Oxundu: 3258
“Doktor Mövsüm Səmədovun azadlığa çıxması üçün sosial tələb mövcuddur”

Akif Nağı: “Cəmiyyətin tələblərini yerinə yetirmək istəyirlərsə, o zaman din xadimlərini azadlığa buraxmalıdırlar”

 

Azərbaycanda 28 May Respublika Günü münasibəti ilə aministiya və əfv sərəncamının imzalanacağı gözlənilir.  Bu sərəncamla xeyli sayda insanın azadlığa qovuşacağı gözləniləndir. Onların arasında siyasi məhbusların olacağı da istisna edilmir. Cümhuriyyət qurucularının İslami dəyərlərin daşıyıcıları olduqlarını, eləcə də qarşıdan mübarək Ramazan bayramının gəldiyini nəzərə alsaq iqtidarın həmişəkindən fərqli olaraq bu dəfə inanclı siyasi məhbusları da siyahıya salacağı daha məntiqə uyğun olar. Eyni zamanda bu addım illərdir islami cameəyə qarşı baş qaldırmış kəskin repressiv həbs dalğasının və yaranmış gərgin münasibətlərin yumşalmasına da şərait yaradar. Artıq 1100 nəfərin adı siyahıya salınıb və prezidentə təqdim olunub. Yaxın günlərdə əfv sərəncamının imzalanacağı gözlənilir.

 

Mövzunu “İslaminSesi” nə şərh edən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı maraqlı fikirlər səsləndirib. O, bildirib ki, builki əfv fərmanı mütləq diqqətdə olmalıdır: “Hesab edirəm ki, ömürlük azadlıqdan məhrum edilən Qarabağ döyüşçüləri, OMON-çular, siyasi məhbuslar (mütləq inanclı siyasi məhbusların adı əfv sərəncamına salınmalıdır) azadlığa buraxılmalıdır. Nəzərə almalıyıq ki, dövlət atributumuz olan bayrağımızda İslami kimliyimiz əks olunub. Ona görə də, cəmiyyətdə harmoniya yaratmaq, cəmiyyətin tələblərini yerinə yetirmək istəyirlərsə, o zaman din xadimlərini azadlığa buraxmalıdırlar. Ümid edirik ki, bütün bunlar nəzərə alınacaq”.

 

Akif Nağının sözlərinə görə, həm siyasi məhbus, həm din xadimi olan Hacı Mövsüm Səmədov, Hacı Sərdar Hacıhəsənli və digərlərinin azadlığa çıxma ehtimalı ola bilər: “Hacı Mövsüm Səmədov uzun zamandır həbsdədir və onun azadlığa çıxması üçün sosial tələb mövcuddur. Ümid edirəm ki, ən azından doktor Səmədovun əfvə düşmə ehtimalı ola bilər”.  

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system