NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:19
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 150
Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (25-hissə)

Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (25-hissə)

1968-ci ildə Yəməndə dünyaya gələn İsam əl-İmad Səudiyyə Ərəbistanının universitetlərində təhsil almış və Bin Baz kimi öndə gələn sələfi alimlərindən dərs almış vəhhabi alimi idi.

İslaminSesi.info - O, şiəliklə tanış olduqdan sonra bu məzhəbi seçib. Təhsilini 1989-cu ildən bəri müqəddəs Qum şəhərində davam etdirən Doktor İsam əl-İmad bir çox kitab qələmə almış mühüm tədqiqatçıdır. İslaminSesi Medyaşafak-a istinadla tanınmış alimin Nasr TV-də yayımlanmış "Sələfiliyə 100 Sual" proqramlarının tam tərcüməsini ardıcıllıqla təqdim edir.

 

Bismillahir-Rəhmanir-Rəhim. Allahın salamı Rəsuluna və tər-təmiz Əhli-Beytinə (ə) olsun.

 


Məsələ-46: İbn Teymiyyənin Ğəzaliyə qərəzi var idi!


Diqqətinizi çəkmək istədiyim mühüm mətləblərdən biri də Vəhabiliyin hansı məqsədlə yaradılmasıdır. Bildiyiniz kimi hər bir məzhəb müəyyən hədəf üçün qurulur. Mən sələfi olduğum müddətdə apardığım araşdırmalarımda belə bir qənaətə gəldim ki, sələfilik iki nərəfri rədd etmək üzrə qurulan bir məzhəbdir. Bu iki nəfər "İhyayu ulumud-din" əsərinin müəllifi İmam Ğəzali və Fəxrəddin Ər-Razidir. İbn Teymiyyə düşüncəsi həqiqətdə bi iki nəfəri inkar etmək üzərində qurulmuşdur.


İmam Ğəzali "Əl-Mustafa" adlı kitabında dini elmləri öyrənməkdə məntiq elminin önəmini və məntiqin əqli bir elm olduğunu vurğulayıb. İbn Teymiyyə isə əqli elmlərə savaş açır. İbn Teymiyyənin "Ağıl ilə nəql arasında ziddiyyət" adlı kitabını yazmaqda hədəfi Ğəzaliyə rəddiyyə yazmaq olub. İbn Teymiyyə yenə də "Nəqdul-məntiq" əsərində Ğəzaliyə qarşı çıxmışdır. Həmçinin "Nəqdul-əsasit-təqsid" kitabını da Fəxrəddin Razinin "Əsasut-təqdis" kitabına rəddiyyə kimi yazmışdır.


Beləcə İslam tarixində bir çox firqələr məhz islami şəxsiyyətləri rədd etmək üçün ortaya çıxarılıb. İbn Teymiyyənin bu iki şəxsiyyəti rədd etməsi, həmçinin onun "Məfahimul-Quran" və "Məfahimin-nəbəviyyə" adlı kitablarının ortaya çıxmasına səbəb oldu. Çünki İbn Teymiyyənin Ğəzali və Ər-Razi kimi şəxsləri vurmaq, ləkələmək kimi amacı vardı.

 

 

Məsələ-47: Vəhabiliyin əsas problemi ağıl elmlərini rədd etməsidir.

 


Mən Səudiyyədə yaşadığım təcrübələrimlə, orada aldığım elmlərlə vəhabiliyin əsas problemini kəşf etmişəm. İnsanların başını bıçaqla kəsməyi öyrədən vəhabizmin əsas köklü problemi ağıl ilə mübarizə aparmalarıdır. Sələfiliyin banisi İbn Teymiyyənin əsas problemi ağılı (elmləri) rədd etməsidir.


İbn Rüşdün Ğəzalinin "Fəlsəfəçilərin tutarsızlığı" əsrinə yazdığı “Tutarsızlığın Tutarsızlığı” adlı esərində (Gazali'nin "Fəlsəfəcilərin Tutarsızlığı" adlı əsərinə qarşı yazılan “Tutarsızlığın Tutarsızlığı” adlı əsər. Təhafutü't-Təhafut ) belə ağılı rədd etmir. Əksinə məntiq elmini və fiqh-üsulu dəstəkləyir. Əhli-Sünnə elmləri üzərində araşdırmalar yazan Ğəzali həmçinin "Mustafa min ilmul-usul" kitabını yazdıb. Ğəzali bu kitabda yazır ki, bir müsəlman məntiq elmi olmadan Quranı anlaya bilməz.


Bunun qarşılığında İbn Teymiyyə isə iki məqsədlə qğıl elmlərini rədd edib: Bunlardan biri Ğəzaliyə qarşı savaşmaqdır. Çünki Ğəzali məntiqi daha çox müdafiə edənlərdəndir. "Məntiq öyrənə dindən çıxmışdır" deyən İbn Teymiyyə bu sözləri ilə Ğəzalinin dindən çıxdığını qəsd edir. Fəlsəfədə bəzi xətaların olduğunu deyən Ğəzali əsla məntiq və fəlsəfəyə qarşı çıxmamışdır.

 

Usuli-fiqhin və məntiqin ağıl elmləri arasında yer aldığını nəzərə alsaq,Sələfilərin məntiq elmlərinə ehtiram edən Sünni və Şiə müsəlmanları ilə davaları bitməyəcəkdir. Misirdə Əl-Əzhərdə, Nəcəf-Əşrəfdə, Müqəddəs Qumda məntiq dərsləri keçrilir. Bütün müsəlmanların oxuduğu məntiqi yalnız Sələfilər inkar edir.
Fikrimcə Sələfilər əqli elmləri inkar etdikcə dini anlamayacaqlar və haqq yoldan azmağa davam edəcəklər.

 

Davamı var...

 

 

Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (I bölüm)

 

Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (II bölüm)

 

Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (III bölüm)

 

Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (IV bölüm)

 

http://www.islaminsesi.info/doktor-isam-el-imad-selefiliye-100-sual-v-hisse--57034.html

 

http://www.islaminsesi.info/doktor-isam-el-imad-selefiliye-100-sual-vi-hisse--57105.html

 

http://www.islaminsesi.info/doktor-isam-el-imad-selefiliye-100-sual-vii-hisse--57325.html

 

http://www.islaminsesi.info/doktor-isam-el-imad-selefiliye-100-sual-viii-bolum--57528.html

 

http://www.islaminsesi.info/doktor-isam-el-imad-selefiliye-100-sual-ix-hisse--60665.html

 

http://www.islaminsesi.info/doktor-isam-el-imad-selefiliye-100-sual-x-hisse--61083.html

 

http://www.islaminsesi.info/doktor-isam-el-imad-selefiliye-100-sual-xi-hisse--62935.html

 

http://www.islaminsesi.info/doktor-isam-el-imad-selefiliye-100-sual-xii-hisse--63263.html

 

http://www.islaminsesi.info/doktor-isam-el-imad-selefiliye-100-sual-xiii-hisse--64296.html

 

http://www.islaminsesi.info/doktor-isam-el-imad-selefiliye-100-sual-xiv-hisse--73688.html

 

http://www.islaminsesi.info/doktor-isam-el-imad-selefiliye-100-sual-xv-hisse--73786.html

 

http://www.islaminsesi.info/doktor-isam-el-imad-selefiliye-100-sual-xvi--75210.html

 

http://www.islaminsesi.info/doktor-isam-el-imad-selefiliye-100-sual-xvii--75590.html

 

http://www.islaminsesi.info/doktor-isam-el-imad-selefiliye-100-sual-xviii--77102.html

 

http://www.islaminsesi.tv/doktor-isam-el-imad-selefiliye-100-sual-xix--79638.html

 

http://www.islaminsesi.info/doktor-isam-el-imad-selefiliye-100-sual-xx--79960.html

 

http://www.islaminsesi.info/doktor-isam-el-imad-selefiliye-100-sual-xxi--81031.html

 

 http://www.islaminsesi.info/doktor-isam-el-imad-selefiliye-100-sual-xxii--81771.html

 

http://www.islaminsesi.info/doktor-isam-el-imad-selefiliye-100-sual-xxiii--82076.html

 

http://www.islaminsesi.info/doktor-isam-el-imad-selefiliye-100-sual-24-hisse--82501.html

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system