NAMAZ VAXTLARI:
  • FƏCR 05:09
  • GÜN 06:29
  • ZÖHR 12:33
  • ŞAM 18:52
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 128
Doğuşdan sonra ölən ananın yaxınları xəstəxanaya hücum etdilər

Doğuşdan sonra ölən ananın yaxınları xəstəxanaya hücum etdilər

Sumqayıt şəhəri 2 nömrəli Doğum Evinə hücum edilib.

İslamınSəsi ARB-yə istinadən xəbər verir ki, Doğum Evində 29 yaşlı Gülsüm Əliyeva üçüncü dəfə doğuş edib. Üç kiloqram iki yüz qram çəkisində qız uşağı dünyaya gəlib. Bundan sonra xəstədə qanaxma başlayıb. Nəticədə qadın dünyasını dəyişib. 

Bundan xəbər tutan Gülsüm Əliyevanın yaxınları xəstəxananın Ginekologiya şöbəsinin şüşələrini sındırıblar. Hazırda şikayət əsasında qadının meyiti Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinin Mərkəzi şöbəsinə təhvil verilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. 

Qeyd edək ki, bu, son 3 ayda Sumqayıtda doğuş zamanı baş verən ikinci ana ölümüdür.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system