NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:50
  • ZÖHR 12:39
  • ŞAM 19:46
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Dini zəmanəyə uyğunlaşdırmaq olarmı? - Hacı İlham Əliyev

Oxundu: 297
Dini zəmanəyə uyğunlaşdırmaq olarmı? - Hacı İlham Əliyev

İlahiyyatçı alim, AİP-in sədr əvəzi Hacı İlham Əliyev.

 

 

"İslaminSesi"Bislmillahir-Rəhmanir-Rəhim. Belə bir suala aydınlıq gətirək:

Dini zəmanəyə uyğunlaşdırmaq olarmı? Cavab müsbət olduğu təqdirdə İslamın sabit qayda-qanunları ilə dinamik surətdə inkşaf edən, haldan-hala düşən dünyanı idarə etmək mümkündürmü?

 

Bəli, dini zəmanəyə tətbiq etmək və bu dünyanı da müqəddəs İslam qayda-qanunları ilə idarə etmək mümkündür. İslam dini sonuncu səmavi din olduğu üçün qiyamətədək insanların bütün maddi və mənəvi ehtiyaclarına cavab vermək iqtidarındadır. Elə bir problem, sual yoxdur ki, İslamın o barədə cavabı olmasın və çıxış yolu göstərməsin. İslamın gəlişindən də məqsəd məhz budur ki, bəşəriyyətə əbədi xoşbəxtlik yolunu göstərsin.

 

Bəşəriyyətin əbədi xoşbəxtliyini təmin edən din şübhəsiz ki, insanların bütün ehtiyaclarına cavabdeh olmalıdır. İnsanın ehtiyaclarına nəzər salıb diqqət etdikdə məlum olur ki, bu ehtiyaclar iki növdür. Birinci növ ilkin və bəşəriyyətin cismani, ruhani quruluşundan və ictimai yaşayış tərzindən irəli gələn ehtiyaclardır. Nə qədər ki, insan insandır və yaşayışı zatən ictimai yaşayışdır, bu növ ehtiyaclar da olmalıdır. Cismani ehtiyaclar: yeyib-içmək, istirahət etmək və s. Ruhi ehtiyaclar: elm, gözəllik, sitayiş, tərbiyə və s. İctimai ehtiyaclar: ədalət, azadlıq, bərabərlik, ailə qurmaq və s. kimi ehtiyaclardır. İnsan dünyaya gələn gündən bu kimi ehtiyaclar onunla olub, həqiqətdə onunla birlikdə dünyaya qədəm qoyublar. Və nə qədər ki, dünyada insan var, bu qisim ehtiyaclar onun kənarında sabit, daimi olaraq qalacaq.

 

İkinci növ ehtiyaclar isə həqiqətdə zaman, mühit, ictimadan irəli gələn ehtiyaclardır. İnsanın qanuna olan ehtiyacı kimi. Sözsüz ki, bu qisim ehtiyaclara cavab verə biləcək qayda-qanunlarda zaman-mühit nəzərə alınmalı və hər bir zəmanənin, mühitin özünə uyğun qanun qəbul olunmalıdır. Bəşəriyyətin təkamülünü nəzərə alaraq, insanların bu qisim ehtiyacları qeyri-sabit olduğundan, qeyri-sabit qayda-qanun tələb olunur. Bu kiçik müqəddimədən sonra sualın cavabına nəzərinizi cəlb edirik.

 

Müqəddəs İslam dininin hökmləri iki qisimdir: sabit və qeyri-sabit. İnsanın qeyd edilən sabit ehtiyaclarına aid olan qayda-qanunlar, müqəddəs İslam dinində sabit, əbədi olaraq dəyişməz qayda-qanunlardır. Çünki bu baxımdan 20-21-ci əsrin insanları ilə 1400 il bundan əvvəlki insanlar arasında heç bir fərq yoxdur. Amma insanların ikinci növ olan qeyri-sabit ehtiyaclarına gəldikdə isə, müqəddəs İslam dini onlar üçün sabit çərçivələr, ana xətlər təyin etmişdir ki, hər bir yeni hadisə yeni zəmanədə təyin olunmuş çərçivədə öz həllini tapmalı və zəmanəyə uyğun hökm verilməlidir. Məsələ daha aydın olsun deyə aşağıdakı misala dıqqət edin.

 

İslam düşmən nüfuzunun qarşısını alaraq ərazi bütövlüyünü qorumaq üçün xüsusi göstəriş verməyib. Gərək mövcud olan vəziyyəti, zəmanəni nəzərə alaraq zəmanəyə uyğun tədbir görülsün. Bu baxımdan Qurani-Kərimdə müsəlmanlar üçün bu zəmində ana xətt çəkərək çərçivəni müşəxxəs etmişdir. “Ənfal” surəsinin 60-cı ayəsində buyurur: “Gücünüz çata biləcək həddə düşmənlərin müqabilində güclü olmağa hazırlaşın”.

 

Əgər bu ayənin təfsirində at çapmaq, ox atmaq tövsiyə olunubsa səbəbi budur ki, o zamanlarda at çapmaq, ox atmaq hərbi xidmətlərdən hesab olunurdu. İslam baxımından hədəf ata minib ox atmaq deyil. Hədəf budur ki, müsəlmanlar öz zəmanələrinə uyğun düşmən müqabilində son mümkün həddədək güclü olmalıdırlar. (Əlbəttə, bunu da nəzərdən qaçırmayaq ki, qeyri-sabit hökmləri sabit hökmlərdən istinbat etmək səlahiyyəti yalnız ali dini orqanların ixtiyarındadır. Başqa şəxslərin bu sahədə nəzər verməyə haqları yoxdur.

 

                                                     

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system