NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:19
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 78
DİN Sumqayıtda tələbələr arasında baş verən insidentə aydınlıq gətirib

DİN Sumqayıtda tələbələr arasında baş verən insidentə aydınlıq gətirib

Daxili İşlər Nazirliyi Sumqayıt Dövlət Universitetində tələbələr arasında kütləvi dava olması və tələbələrdən birinin yeddi nəfər tərəfindən döyülərək ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilməsi barədə bəzi KİV-də yayılan məlumatlara aydınlıq gətirib.

"İslaminSesi.info" xəbər verir Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə  bildirib ki, bəzi KİV-də həmin hadisə təhrif olunmuş və şişirdilmiş formada təqdim edilib: “Ötən gün günorta saatlarında dərsdən sonra Sumqayıt Dövlət Universitetinin eyni rayondan və eyni kənddən olan 3-cü kurs tələbələri Xəyal Nurəliyevlə Akif Salmanlı arasında mübahisə düşüb. Bu zəmində onlar bir-birinə yumruq atıblar, daha sonra isə barışaraq ayrılıblar. Axşam saatlarında Akif Salmanlı Sumqayıt şəhər Təcilli Yardım Xəstəxanasına müraciət edib. Xəstəxanada ona ağır kəllə beyin travması deyil, burun sınığı diaqnozu qoyulub. Ona ilkin tibbi yardım göstərilərək evə buraxılıb”.

 

“Hadisə ilə bağlı xəstəxanadan polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında Sumqayıt şəhər Polis idarəsinin 1-ci Polis Bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”, deyə O. Mansurzadə əlavə edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system