NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 484
DİN DYP-dəkı

DİN DYP-dəkı "bıçaqlanma" haqda açıqlama verdi

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti Beyləqanda yol polisi əməkdaşları arasında bıçaqlaşma haqda yerli KİV-də yayılan informasiyaya reaksiya verib.

Daha əvvəl bildirilirdi ki, DYP-nin əməkdaşı Tural Əliyev öz həmkarı Namiq Zeynalova bıçaq zərbəsi vurub və ona xəsarət yetirib.

 

"İslaminSesi.info" xəbər verir DİN-in Mətbuat xidmətindən bildirilib ki, hadisə məşq zamanı olub. Asayiş keşikçiləri müxtəlif, o cümlədən cinayətkarın bıçaqla hücumunu dəf etmək üzrə fəndlər üzərində işləyiblər.

 

Məşq vaxtı DYP əməkdaşlarından birinin əlində kağızkəsən olub. O, həmkarına məhz özlərinin qurduqları həmin hücum zamanı ehtiyatsızlıqdan xəsarət yetirib.

 

Yara ciddi olmayıb və zərərçəkənə dərhal tibbi yardım göstərilib. Hazırda DYP-nin hər iki əməkdaşı iş başındadır və xidmətlərini davam etdirir.

virtualaz.org

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system