Dilqəmlə Şahbaz 3 erməni əsirlə dəyişdirilsin - TƏKLİF

Oxundu: 120
Dilqəmlə Şahbaz 3 erməni əsirlə dəyişdirilsin - TƏKLİF

Üç gün öncə Ukrayna ilə Rusiya arasında əsir və girovların mübadiləsi prosesi baş tutub. İki ölkə girovları "hamının hamıya" prinsipi ilə dəyişdi. Nəticədə 35 Ukrayna və 35 Rusiya vətəndaşı azadlığa qovuşdu. Bəs görəsən "hamının hamıya" prinsipindən faydalanaraq Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni əsirlər – Arsen Baqdasaryan, Karen Kazaryan və Araik Kazaryanla dəyişdirilə bilərmi?

 

İslaminSesi bildirir ki, məsələ ilə bağlı Modern.az-a danışan “Atlas ” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədə paylaşdığı son statusda Rusiya ilə Ukrayna arasında girovların “hamıya hamıya” prinsipi ilə dəyişdirilməsini təqdir edib.

 

““Girovların dəyişdirilməsinin Rusiya ilə Ukrayna arasında sülhə dəstək olacağına ümid edirik” cümləsini yazan Paşinyan iki xalq arasında münasibətlərin bərpasının alternativi olmadığını bildirib”.

 

Elxan Şahinoğlu bildirib ki, Paşinyana öz təklifi ilə cavab vermək lazımdır.


“Azərbaycan Xarici İşlər Nazirliyi təkrar bəyanatlar yayınlamaqdansa, yaradıcı yanaşma ortaya qoyaraq, Paşinyanın son statusundan bəhrələnsin. Paşinyan statusunda girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini tərifləyib.

 

Biz də onun bu statusuna istinad edərək, Dağlıq Qarabağdakı 2 azərbaycanlı girovun bizim əlimizdə olan Ermənistan vətəndaşlarına dəyişdirilməsini İrəvana təklif edək”.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system