NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:43
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 199
Dilqəm Əsgərovun oğlu Ermənistanı beynəlxalq məhkəməyə verir

Dilqəm Əsgərovun oğlu Ermənistanı beynəlxalq məhkəməyə verir

Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Ermənistanı beynəlxalq məhkəməyə (BMT-nin Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsi) verəcək.

"İslaminSesi.info" bildirir ki, bu barədə  K.Əsgərov özü məlumat verib. O, hazırda bu istiqamətdə işlərin aparıldığını deyib.

“3 ildir rəsmi qaydada Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişik. Nədənsə Avropa Məhkəməsi işə baxmaq istəmir. Atam yaşlı və xəstə adamdır, gözləməyə vaxtımız yoxdur. Atamdan heç bir məlumat ala bilmirəm, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları mənə şifahi məlumat verirlər ki, atan yaxşıdır, problemi yoxdur. Necə problemi yoxdur ki, atamla bir ildir əlaqə saxlaya bilmirəm”.



K.Əsgərov hesab edir ki, atası erməni girovluğunda ac-susuz saxlanılır, ona işgəncələr verilir: “Qızıl Xaç Komitəsi 3 aydan bir bizə videogörüntülər təqdim etməlidir. Nədənsə bunu etmirlər. Şahbaz Quliyevdən videogörüntü, məktub gəlsə də, atamdan heç nə yoxdur. Beynəlxaq məhkəməyə müraciət etməyimizin səbəbi odur ki, atam ac və susuz, şəraitsiz yerdə saxlanılır, daim işgəncə altındadır. Mənim əlimdə faktlar var. Faktları dövlət rəsmilərinə ünvanlamışam. Ermənistanın ombudsmanı rəsmi qaydada açıqlama verib ki, Dilgəm Əsgərovun səhhəti yaxşıdır, yaxşı şəraitdə saxlanılır. Əgər yaxşıdırsa, heç bir problem yoxdursa, nəyə görə ondan videogörüntü gəlmir”.

K.Əsgərov atası ilə bağlı 70 ölkəyə məlumat göndəriləcəyini əlavə edib.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər də öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. 

İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system