NAMAZ VAXTLARI:
  • FƏCR 05:59
  • GÜN 07:22
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Tanınmış rejissor Natiq Axundla “Kadrdan Kənar”

Oxundu: 2395
Tanınmış rejissor Natiq Axundla “Kadrdan Kənar”

"Mükafatlar həmişə siyasi xarakter daşıyıb. Onları verən də yəhudilərdir, alan da. Yəni münsiflərin əsasını yəhudilər təşkil edir. Mükafat alan rejissor Yəhudi olmasa belə dolayısı onlara xidmət edənlərdir.(Təbii ki, söhbət Hollivud səviyyəsindən gedir.)” Bir sözlə deyim ki, dünya mükafat üstündə qurulmayıb, xüsusilə incəsənət sahəsi. Nə qədər ki, dünyada korrupsiya, monopoliya və ədalətsizlik hökm sürəcək, o qədər də bu cür mükafatlar da siyasətə xidmət edəcək."

İnformasiya bollugunun bu qaynar çağında insanların fikrini mənəvi və milli dəyərlərə   yönəltmək hər bir yaradıcı insanın borcudur. Bu gün dünya mədəniyyətinin bir halqası olan Azərbaycan da film sahəsi və rejissorluq da öz sözünü deməyə başlayıb. Məhz bu problemləri bu dəfə "İslaminSesi"nin “Kadrdan Kənar”  layihəsinin qonağı tanınmış rejissor Natiq Axundla müzakirə etdik.

 

 Əvvəlki qonaqlarımızdan fərqli olaraq Natiq bəy görüşümüzə Azərbaycan filmçiliyində bu gün uşaq aktyor kimi artıq sözünü deməyə başlamış oğlunu da gətirmişdi.

 

Natiq Axund özünü necə təqdim edərdi?

 

- Elə Natiq Axund kimi, mənim özümə də ən yaxını budur. İndi kimisi məni aktyor kimi tanıyır, şəhərdə rastlaşanda filmi yada salırlar. Hətta aktyor kimi təşəkkür edəndən sonra filmin kim tərəfindən çəkildiyi ilə maraqlanıram, bəzən başqa bir rejissorun adını çəkirlər. Təbii ki, filmləri izləyənlərdən kimisi rejissor kimi, kimisi ssenarist kimi də tanıyır. Ona görə də özümü elə Natiq Axund kimi təqdim etmək daha sadə və daha xoşdur.

 

 

- Azərbaycanda ilk booktreylerin rejissoru kimi tarixə düşmüsünüz. Bu iş sizə necə bir təssürat bağışladı və kitabların təbliğatında bunu nə dərəcədə əhəmiyyətli görürsünüz?

 

- Əvvəla onu deyim ki, bu  cox gözəl bir iş idi. Bu işin təşəbbüskarları çox gözəl bir işə imza atdılar. Ən ümdəsi Mədəniyyət Nazirliyi də buna biganə qalmadı. Mənə bu xəbər çatanda artıq bir booktreylerim var idi. Biz bunu bildiyiniz kimi “Buqələmun” romanına çəkmişdik. Elə bununla kifayətlənəcəkdik, amma vaxtın bolluğunu görüb ikinci bir kitaba da belə bir treyler çəkdik. Bu Nik Vyucicin “Hüdüdsuz” kitabı oldu. Bu kitabı da “Buqələmun” kimi Parlaq İmzalar nəşriyyatı çap eləmişdi.  Bu treylerin iki versiyası var: 5 dəqiqəlik və 8 dəqiqəlik versiyası. Təxminən 4 günə çəkildi və yekunlaşdı. Çox maraqlı müsabiqə oldu. Çingiz Abdullayev, Elxan Cəfərov və digər hörmətli incəsənət xadimlərinin münsif olduğu jüri tərəfindən qaliblərdən biri olduq. Həmd olsun bu çox sevindirici oldu. Ümid edirik ki, ümumilikdə bu mütaliəyə də çox müsbət təsir edəcək.

 

 

 

-Bu günkü film sektoru, Azərbaycan filmçiliyi bağlı bir rejissor baxışınız maraqlı olardı. Azərbaycan filmçiliyi Kann, Oskar kimi mükafatlara yolu necə görünür?

 

- Mükafatla bağlı onu deyim ki… (ümumiyyətlə belə məsələlərdə kurs rəhbərim kinorejissor Eldar Tofiq oğlu Quliyevin sözlərini həmişə xatırlayıram və yaşadıqca da onun dediklərinin həqiqət olduğunu aşkar müşahidə edirəm.) O, hələ tələbəçilik vaxtı belə bir söz demişdi: “Bu cür mükafatlar həmişə siyasi xarakter daşıyıb. Onları verən də yəhudilərdir, alan da. Yəni münsiflərin əsasını yəhudilər təşkil edir. Mükafat alan rejissor yəhudi olmasa belə dolayısı onlara xidmət edənlərdir. (Təbii ki, söhbət Hollivud səviyyəsindən gedir)” Bir sözlə deyim ki, dünya mükafat üstündə qurulmayıb, xüsusilə incəsənət sahəsi. Nə qədər ki, dünyada korrupsiya, monopoliya və ədalətsizlik hökm sürəcək, o qədər də bu cür mükafatlar da siyasətə xidmət edəcək. O ki, qaldı Azərbaycana. Bizdə istedadlı insanlar çoxdur. Sənət əsərlərimiz və filmlərimiz çox nadir hallarda ərsəyə gəlir. Amma düzdür, son dövrlərdə bir dirçəliş müşahidə olunur, lakin kinoya diqqət yenə də çox azdır. Bu da kommersiya filmlərinin meydana çıxmasına şərait yaradır. Hər kəs öz bildiyini və istədiyini çəkir və bu da film sektorunda bayağılaşmaya gətirib çıxarır.

 

Kinonu güzgüyə deyil, lupaya bənzədirlər. Yəni həyatda hər hansı bir hadisəni qabartmaq, diqqəti ona çəkməkdir. Kino əslində bütün dünyada ən varlı sənət növü olmaqla, həm də maraqlı peşədir. Sadəcə olaraq bu gün bizim bəxtimizə kinonun belə çətin zamanında dözümlülük  göstərib bütün çətinliklərə rəğmən ya bu sevdiyimiz sənətə nə qədər sadiq qalacağımızı  və ya kimin xəyanət edib sənətini yarı yolda qoyaraq  onu başqa birisi  ilə dəyişməyi  sübut etmək düşür. Kim desə ki, bizdə kinoya diqqət artıb, hər şey artıq yoluna düşüb, onda getsinlər inkişaf etmiş ölkəmizin Cəfər Cabbarlı adına kinostudiyasına baxsınlar.

 

 

Son zamanlar komediya filmlərinin kütləvi şəkildə çəkilməsi diqqət mərkəzindədir. Bu cür filmlərin çəkilməsi ilə bədii zövqün korlanmasından narahat olan insanlar var. Bu cür filmlərin çəkilməsini – “bozbaş  üslubu”nu kütlə tələb edir, yoxsa bu cür istiqamət qəsdən yaradılıb?

 

-Bu “bozbaş” xitabı demək olar ki, son illər bir çox sahələrə damğa kimi istifadə olunur. Bu da təbiidir. Bayaq qeyd etdiyim kimi, bu gün bu sahə sərbəst buraxılıb,  bu da ondan qaynaqlanır. Düzünü desəm bu gün gedən bu prosseslərin mən əleyhinə deyiləm. Rejissor baxışım bir tərəfə, mən bilirəm ki, bütün inkişaf etmiş ölkələrin kino sektoru bu prossesdən keçib. Tamaşaçı gözü tərəzidir. Birini dəstəkləyir, digərini tənqid edir. Tənqidlər də ünvanına çatır və gələn dəfə ortalığa qoyulan işin daha səviyyəli olmasına səbəb olur.  Yavaş-yavaş bu iş də yoluna düşəcək. Saf-çürük olacaq və daha yaxşı işlər üzə çıxacaq. Bu birbaşa gediləsi yol deyil. Tədricən gedə biləcəyik.

 

-“Dünyada Bir Gün” adlı layihəniz var. Bu layihə çərçivəsində mənəvi yüklü filmləri çəkirsiniz.  Bu layihəniz barədə danışardınız. Həyat tərziniz, inancınız və film sektoru- Natiq Axund bunları necə uzlaşdırır?

 

- Mənə daim təkliflər gəlir. Lakin bütün təkliflər qəbul olunmur. Hətta daha böyük xeyir gətirəcək təkliflərlərlə də rastlaşmışam. Lakin bu təkliflər həyatımla, əqidəmlə uzlaşmadıqda, mən “xeyr” deməyə üstünlük verirəm. O ki, qaldı bizim layihəyə bu mənəvi mövzuları əhatə edən qısa filmləri özündə ehtiva edir. Bu mənim yaradıcılığımda ən üstün bildiyim janrdır. Layihənin adı belə təsadüfü deyil. Uzun müddət bu adın üzərində düşündük. Nəhayət qərar verdim ki, “Dünyada Bir Gün” olsun. Bu da iki nüansla bağlıdır. Deyir Haqq dünyada insandan ilk  soruşulacaq kəlmə bu olacaq: "Ömrünü nəyə sərf etdin?" Məsələn, mən arada bu layihədə verdiyim fasilələrə görə çox təəssüflənirəm… Lakin Allah lütf etsə, bu işi bundan sonra daha gözəl şəkildə davam etdirə bilərik təbii ki... İkinci nüans isə deyirlər ki, insandan soruşular: “dünyada nə qədər qaldın"?

 

 

İnsan deyər: “Bir gün, bəlkə daha da az.” Bütün ömrümüz bir günə, ya da daha az vaxta sığır. Bu gün mənəvi mövzular nə yuxarıların, nə də hansısa şirkətlərin marağında deyil. Bu ibrətli həyat hadisələrindən ibarət qisa metrajlı filmlər, çox çətinliklə və aşağı büdcə ilə ərsəyə gələn filmlərdir. Bu gün bəzi reklam işlərinə 15-20 min manatdan da artıq pullar xərclənir. Biz çalışırıq ki, onları film layihələrinə yönəldək ki, bu proses artıq dünyada var və dəstək olan şirkət üçün reklam kimi də oz bəhrəsini verməkdədir. Təklif edirik ki, reklama bu qədər pul xərcləməkdənsə təxminən 4-5 min manata belə qısa filmlər çəkilsin və özləri də daxil hər kəs bundan bəhrələnsin. Son zamanlar deyəsən müəyyən qədər maraqları artıb. Bir də hamımıza məlumdur ki, bu gün şou biznes baş alıb gedir və belə bir zamanda sosial şəbəkələrdə bu ibrətli filmlərin insanlarımız tərəfindən izlənməsi  rekordu aşmaqdadır. Bu sevindirici haldır. Hər kəsin içində xeyirxah hisslər var və əgər insanların beyini bir az şoudan azad olsa və fitrətinə yaxınını tapsa, görün nə gözəl olar… Demək ki, cəmiyyət də saflaşmağa doğru gedər.

 

Bəzən filmlərimiz ortalığa çıxandan sonra təbriklər, xoş sözlərlə bərabər dostlardan eləsi də olur ki, filmləri müqayisə edərək, Alfred Hiçkok kimi rejisorlardan misal çəkirlər. Birincisi, bizim Azərbaycandakı şəraitimizi, imkanlarımızı nəzərə alsaq, Hollivudla müqayisə ozü qüsurludur. Çünki bizdə olan kino sənayesini aparıb bütün imkanlarla təmin olunmuş  Amerika ilə müqayisə etmək absurddur. Həmin rejissor çox hörmət etdiyim rejissorlardan olmaqla bərabər bu misalı çəkən insanlara cavab olaraq bunu söyləyirəm. “Hacan millətimin magazalarda borcu biter ("Ramazan payı"filmindən), evində yaxın adamının müalicəsinə pul tapar ("Möcüzə" filmi), yersiz boshanmalar azalar ("Boşanma"), və s. o zaman ayagimizi ayağımızın üzərinə aşırdıb, kef cəkərək fəlsəfə astronomiyadan ve s. zövq oxşayan filmlər cəkmək olar. İnşaallah buna ümid edək!

 

Adətən filmlərinizdə rolları  özünüz canlandırırsın. Aktyorluğa marağınızdan irəli gəlir, yoxsa necə?

 

 

 - Düzdür, bəzən filmlərimizdə rejissor, ssenarist olmaqla yanaşı görürsən ki, hansısa personaji da canlandirmalı oluram. Nə qədər naqis də olsa.

 

 

Xeyr, qətiyyən belə deməzdim. Çox gözəl alınır.

 

-     Təşəkkür edirəm, qeyd edim ki, bu üçlük mənim üçün ayrılmazdır, vəhdət təşkil edir. Mən ssenarini götürüb ona rol aramıram. “Hadisə” ilə rastlaşıram, sonra o hadisəni “yaşamaq” və onu başqalarına “çatdırmaq” prosesi yaranır… İçimdən gəlməyən mövzu mənlik deyil… (Təbii sifariş film kimi istisna halları çıxmaq şərtilə.) Beləliklə biz bir vasitəçi oluruq işin ortalığa çıxmasında. Bunu bu cür də ifadə edirlər: hadisə-yəni ssenari, yaşamaq - aktyor, çatdırılma prosesi – rejissorluq. Bu dünya praktikasında da var. Bu mənim hansısa aktyora inanmamağımdan irəli gəlmir. Bütün bunlarla bərabər təbii ki, əsas sənətim rejissorluqdur. Hansısa əsəri götürüb, ona uyğun aktyor truppası toplayıb, canlandırmaq da mövcuddur. Amma son illər üzərində dayandığım “Dünyada Bir Gün” layihəsi məhz dediyim formada baş tutur.

 

 

 

 Bir də iş prosesində ən sevdiyim metod: məsləhət olanda, işlədiyim aktyorlara bunu mütləq deyirəm. Aktyorluğu,  hər şeyi qoyuruq qırağa. Bizə lazım olan bu obrazı olduğu kimi yaşamaq, catdırmaqdır vəssalam. Bizə aktyorluq etmək lazım deyil. Kimsə bunun adını aktyorluq qoyubsa, sağ olsun, hər şeyin bir adı olmalıdır. Bu işdə təbiilik cox vacib meyardır. Tamaşaçı gözü artıq peşəkar olub. Bizim filmlərdə heç kəs təsadüfi seçilmir. Rol özü, onu canlandıran insanı tələb edir.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MƏDƏNİYYƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system