HAVA PROQNOZU:

ARAŞDIRMA

Oxundu: 523
Sərhəd tanımayan duyğu -Təkəbbür

Sərhəd tanımayan duyğu -Təkəbbür

Daxilinizdə bir təkəbbür daşımadığınızı və kimsəyə qarşı belə bir duyğu ilə yaxınlaşmadığınızı bütün səmimiyyətinizlə söyləyə bilərsiniz?

İslaminSesi sizə təkəbbürlə bağlı geniş bir yazını təqdim edir. 

 

İlk öncə təkəbbürlə bağlı bir qissəni sizə danışım,  daha sonra yenidən məqaləyə qayıdarıq. Vaxtilə bir dərviş son imtahanından  da keçərək bərbərin yanına yollanır. Hər cür saç-saqqaldan arınıb uzun bir səfərə çıxacaqdı. 

 

Dizginlenemeyen duygumuz kibir

 

Bərbər dərvişin saçını kəsərkən içəri qəfil bir qüvvəsinə arxayın biri girər. Dərvişin başının yarısı qırxılıb, amma bu həyasız insan onu oturduğu yerdən qaldırıb kənara itələyir. Dərvişlik budur, itələyənə dinməz, söyənə cavab  verməz. Səsini çıxartmadan kənarda durar. Bərbər də özünü itirib, nə deyəcəyini və edəcəyini bilmir. Həyasız insan quldurcasına stula yayxanmış və bərbərdən onun saçını vurmasını tələb edir. Bərbər onun saçını vurmağa başlayır. Adam yenə dərvişdən əl çəkməz. Onu təhqir edər və dayanmadan "Para balqabaq" adlandırar. 

 

Nəhayət  bərbər işini bitirir və adam oranı tərk edir. Elə bərbərxanadan azca uzaqlaşmamış yüyəni əldən çıxmış  atlar  onun üstünə şığıyır. Onların gətirdiyi araba dəmiri həmin adamın qarnına girir və adam ölür.  Bu hadisəni görən kimi bərbər özündən asılı olmadan dərvişə tərəf dönür: "Bir az ağır olmadımı, ağa dərviş?"-deyə soruşur. 

 

Dərviş isə belə cavab verir: "Vallah ona hirslənmədim. Haqqımı da halal etmişdim. Amma gəl ki, balqabağın da sahibi var. Ola bilsin ki, o qəzəblənib." 

 

Bax, beləcə insan öz təkəbbürünün  qurbanı olur. İnsan təkəbbürü ilk yaradılışında tanıyıb. Allah-taala ondan soruşdu: “Ey İblis! Öz qüdrətimlə yaratdığım bir məxluq qarşısında səcdə etməyinə nə mane olmuşdur?! Təkəbbür etdinmi, yoxsa hamıdan üstün idin?! (Özünü hamıdan üstün hesab etdin?!)” İblis cavabında dedi: “Mən ondan üstünəm, çünki məni atəşdən, onu isə palçıqdan xəlq etmişsən.” [“Sad” surəsi, ayə: 75-76]

 

İslam təkəbbürün İblisdən qaynaqlandığına görə qadağan edib. Dünyada bir çox inanc sistemləri də bu hissin pisliklərini göstərməyə çalışıb. Ancaq insan yenə də bu hisdən can qurtara bilməyib. 

 

Təkəbbürün ən yaxın dost isə eqodur. Eqo nə qədər insan şəxsiyyətinə xidmət edirsə, o qədər də insanda təkəbbürü üzə çıxardır. Yadda saxlayın, təkəbbürün olduğu yerdə demokratiya, bərabərlik, əxlaq və ədalət olmaz. İnternasional düşüncə hər kəsin bərabərliyini tələb etsə də, insan heç vaxt bu ideallarla yaşamır.

 

Hər zamanın özünün hegemon qüvvəsi olmuşdur. Buna misal çəkmək üçün dünyaya baxmağımız kifayətdir. Məsələn, ABŞ vətəndaşı qarşılaşdığı hər hansı bir çətinlik zamanı ürəklə "Mən Amerika vətəndaşıyam" -deyərək ətrafındakı insanlara fərqli olduğunu xitab edə bilir. 

 

Siz hansısa bir iraqlının, suriyalının və ya türkiyəlinin öz pasportunu göstərək öz ölkəsini vətəndaşı olduğunu söylədiyini görmüsünüz? Ya da deyiblərsə də bunu kim vecinə alıb ki?!...

 

Dünyanın daha yaxşı bir yer olmasını istəyiriksə bütün fərqlilikləri aradan qaldırmaq lazımdır. Bütün münasibətlərimizdə insani keyfiyyətləri üzə çıxarmalıyıq. Bütün münasibətlərimizdə dedikdə isə buna ailəmiz, məhəlləmiz, şəhərimiz və bizə aid olan hər şey daxildir. 

 

Lakin son illərdə biz tamamilə bir başqa mənzərə müşahidə edirik. Bir siyasi qüvvə hakimiyyətə gəlir və elə bir mənzərə yaradılır ki, sanki başqa bir siyasi qüvvə hakimiyyətə gəlsə qətiyyən o işləri görə bilməz. 

 

Deməli nə qədər sistemlər dəyişsə də, insan dünyanın hər tərəfində təkəbbürün qurbanına çevrilir. Təkəbbür empati duyğusnu itirmiş insanlarda daha çox olur. Empati duyğusunu itirmiş insanın, cəmiyyətin, idarə etmənin təkəbbürdən arınması qeyri-mümkündür. Empati duyğusunu olmadığı yerdə isə demokratiyadan və xalqdan söhbət gedə bilməz. (İndico.com)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system