HAVA PROQNOZU:

SOSİAL

Oxundu: 560
Şəhidin dostuna son sözləri

Şəhidin dostuna son sözləri

"Çanaqala döyüşlərinin ən qızgın vaxtları idi."

İslaminSesi qeyri-adi dostun hekayəsini təqdim edir. 

 

"Çanaqala döyüşlərinin ən qızgın vaxtları idi. Bir əsgər ən yaxın dostunun qanlar içində çırpındığını görür. Elə bir gülləbaran altında idilər ki, başlarını səngərdən çıxarda bilmirdilər. Əsgər dostuna baxmaqda davam edirdi, lakin hücum şiddətlənəndə səngərdəki yoldaşları onu çiyinlərindən tutub aşağı çəkirdilər. Artıq o qərar vermişdi. Dostunu yanına gedəcəkdi. Bunu bilən səngərdəki yoldaşları qəti şəkildə etiraz etdilər. 

 

-Dəli olmusan? Getməyə dəyərmi? Görmürsən, dəlik-deşik olub. Yəqin ki, indi çoxdan ölüb. Artıq onun üçün heç nə edə bilmərsən. Boş yerə özünü təhlükəyə atma!

 

Lakin əsgər onları dinləmədi. Səngərdən çıxaraq qan içində olan dostunun yanına getdi. Bir möcüzə reallaşdı. Dostunu  kürəyinə alaraq səngərə geri dönə bildi. Lakin o sağ yox, artıq şəhid olmuş dostunu qurtara bilmişdi. Bunu görən dostları:

 

-Sənə dedik axı, dəymir. 

 

Əsgər isə onlara belə cavab verdi: Dəydi, dəydi.

 

-Necə dəydi, bu adam artıq ölüb, görmürsən?

 

Əsgər gözləri dolaraq:

-Dəydi, çünki yanına çatanda hələ canını tapşırmamışdı. Məni görən kimi pıçıldadı: "Gələcəyini bilirdim, bilirdim gələcəksən."

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system