NAMAZ VAXTLARI:
  • FƏCR 04:24
  • GÜN 05:52
  • ZÖHR 12:39
  • ŞAM 19:45
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (III bölüm)

Oxundu: 1211
Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (III bölüm)

İslaminsesi-nin RAST-a istinadla verdiyi məlumata görə, 1968-ci ildə Yəməndə dünyaya gələn İsam əl-İmad Səudiyyə Ərəbistanının universitetlərində təhsil almış və Bin Baz kimi öndə gələn sələfi alimlərindən dərs almış vəhhabi alimi idi.

O, şiəliklə tanış olduqdan sonra bu məzhəbi seçmişdi. Təhsilini 1989-cu ildən bəri müqəddəs Qum şəhərində davam etdirən Doktor İsam əl-İmad bir çox kitab qələmə almış mühüm tədqiqatçıdır.

 

Sual 5: Sələfilər üsuli fiqh və üsuli dinlə niyə müharibə aparırlar?

Müasir fiqhçilər tərəfindən dövrün "Fəxrəddin ər-Razi"si olaraq adlandırılan böyük İslam alimi Said Fudə, fiqh üsulu və din üsulunu iki əsas kanal kimi təsvir edir. Bu məsələdə mühüm bir sözü var, "Sələfi qardaş və bacılarımdan əhli-sünnə haqqında dərin və ətraflı şəkildə düşünmələrini istəyirəm". Sonra deyir ki, "Çünki sələfilərin universal problemi, fiqh üsulu və din üsulu ilə (yəni kəlam elmi) müharibə etmələridir. Bu gün sələfi qardaşlarımızın ümumi problemi, tövhid sahəsində xətaya düşmələridir. Kəlam elmində, din üsulunda və tövhid ayələrini dərk etmək məsələsində səhv edirlər". Çünki, din üsulu və fiqh üsulu ilə mübarizə edirlər. Bizlər, tövhid ayələrini fiqh üsulu yolu ilə dərk etməyə çalışarkən, bu elm və bu metodlar ilə döyüşən kəslər tövhid ayələrini necə dərk edə bilərlər? Buna görə də mərhum alim Səid Həvva, bu məsələyə diqqət çəkərək "Sələfiliyin və Şeyx Məhəmməd Əbdulvəhhabın universal problemi, Qurani-Kərimi dərk etmə üsuluna əhəmiyyət verməmələridir" deyir. Məhz bu fiqh üsuludur. Kim fiqh üsulu oxumazsa, Şeyx Məhəmməd Əbdulvəhhabın xətasına uğrayacaq və müsəlmanları kafir elan edəcəkdir.

 

Sual 6: Sələfilik və İmam Şafeini, İmam Malikini öldürmək çağırışı

Mərhum böyük İslam alimi və əhli-sünnənin imamı Səid Həvvanın - ki, Səudiyyə Ərəbistanda dərs deyirdi - "La Nəmdi Baidən" kitabında olan mühüm bir sözü var: "Sələfi düşüncəsi iki cinahdan təşkil tapır. Bir cinaha görə, Rəsulullaha (s.ə.a) təvəssül edən şəxs müşrik və kafirdir. Digər cinaha görə isə, Uca Allahın səmanın üzərində cisimi ilə, hissi olaraq ərşə oturduğu (Allaha pənah aparıram) fikrini rədd edən şəxs müşrik və kafirdir". Ardıyca İmam Həvva buna cavab olaraq bu sözləri zikr edir: "Bu fikirlərə əsaslansaq İmam Buxarini, İmam Müslim ən-Nişaburini, İmam Fəxrəddin ər-Razini və daha neçə-neçə İslam alimini öldürməli, hətta cəsədlərini yandırmalıyıq. Çünki bu imamlar Allahın hissi və cismi mənada ərşə oturmadığını deyir. Eyni şəkildə, Allahın Rəsulullaha (s.ə.a) təvəssül etməyə icazə verdiyini qeyd edirlər. Elə isə, Sələfi universitetlərinə görə İmam Buxari, İmam Müslim, Kutub-Sittə-ni yazan alimlər və hətta bütün əhli sünnə: Şafei, Maliki alimləri, Sələfi məzhəbinin xaricindədir və hamısının öldürülmələri lazımdır". Bunlar, həqiqətən qəribə sözlərdir. Mən Sələfi qardaşlarımdan, mənim sözlərimi yox, Səid Həvvanın "La Nəmdi Baidən" kitabında olan sözlərini nəzərdən keçirmələrini istəyirəm.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system