HAVA PROQNOZU:

ARAŞDIRMA

Oxundu: 8585
7 böyük dövləti İmam Əli (ə)-ın bayrağı altında birləşdirmək istəyən dahi sərkərdə

7 böyük dövləti İmam Əli (ə)-ın bayrağı altında birləşdirmək istəyən dahi sərkərdə

Tarixə adını qızıl hərflərlə yazdıran şəxslərdən biri də İranda 1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatının rəhbəri Səttar xan olub.

 

İslaminSesi bildirir ki, bu böyük şəxsiyyət İranda şah rejiminə, onun özbaşınalığına və zülmünə qarşı çıxaraq, azadlıq fədailərinin sevimli sərkərdəsinə çevrilib. Səttər xan 1866-ci ildə İranın Qaradağ vilayətinin Bişək kəndində tacir ailəsində anadan olub. 1907-ci ildə Təbrizin Əmirxiz fədailərinə rəhbərlik edib. Şura Məclisi topa tutulduqdan, şahın 40 min nəfərlik silahlı qüvvəsinin inqilabın beşiyi sayılan Təbriz şəhərinə hücumundan sonra, 1908-ci ilin iyun ayında Səttar xanın rəhbərliyi altında Ali Hərbi Şura yaradılıb. 1909-cu ilin aprel ayına qədər Təbriz üsyanı inqilabçılarının verdiyi çoxsaylı itkilərə baxmayaraq düşmənin silahlı qüvvələrini şəhərdən çıxarmaq mümkün olub. 1908-ci ilin dekabr ayında açılan İkinci Şura Məclisi, Səttar xan ilə Bağır xanın xidmətlərini dəyərləndirmək məqsədilə adları metal lövhə üzərinə qızıl hərflərlə həkk edilmiş Şərəf Nişanlarının hazırlanması və Məclisin yenidən açılışı zamanı tribunadan asilması haqqında fərman verib. Bəzi mənbələrə görə Səttar xan əslən erməni olan Yəprəmxan adlı biri tərəfindən vurulub.  Aldığı güllə yarasından 1914-cü il noyabr ayının 9-da Səttar xan 48 yaşında vəfat edib və Tehranın Şah Əbdüləzim ( 12 imamdan 3-nün yanında dərs alıb və onların etibar etdiyi səhabəsi olub) qəbiristanlığında dəfn olunub. Böyük Sərkərdə haqqında bir çox məlumatlar tarixdə yer alsa da, onun dini əqidəsi barədə nisbətən az informasiya yazılıb. Lakin bir çox mənbələrdə Səttar xanın İslama, Peyğəmbərə (s.ə) və Əhli-beytə bağlılığı haqda məlumatlar əks olunub.  Məsələn Səttər xanın apardığı azadlıq mübarizəsində onunla çiyin-çiyinə döyüşən və bu yolda canını fəda edən din xadimi Siqətülislam Təbrizinin, "Mərkəzi qeyb"in rəhbərləri, fəallarının (Hacı Rəsul Sədəqyani , Hacı Əli Davafiruş, Seyid Həsən Şərifzadə, Məhəmmədəli Tərbiyət, Cəfərağa Gənceyi, Mir Bağır ağa, Mirəli Əsgəri, Ağanağı Şücai, Məhəmməd Sadiq Xameyni və s.) və minlərlə məşrutə qəhrəmanlarının adlarını çəkmək yetərlidir.  

 

 Səttarxanın nəticəsi Sami Sərdar Milli də öz xatirələrində ulu babasının Əhli-beytə məhəbbətini göstərən fikirlərə yer verib:  “Rusiya konsulu Səttar xana təslim olaraq onlara tərəf keçib və evinin damından Rusiya bayrağını asmağı təklif edir. Səttar xan isə ona cavab verir ki, mən istəyirəm 7 ölkəni Əmirəlmöminin(ə) bayrağı altında birləşdirim, sən isə deyirsən evinin damından Rusiya bayrağını as. Heç vaxt bu işi görməyəcəyəm. Səttarxanın əxlaqi xüsusiyyətləri çox idi. Dünya malına vurğun adam deyildi. Rusların, ölkə rəsmilərinin  pul-mal vədlərinə və mukafatlarına aldanmazdı. Faytona az minərdi. Atla getməyi üstün tutardı. Dini məsələləri çox diqqətdə saxlayardı. Onun həzrət Əbul-Fəzl Abbasa xüsusi məhəbbəti var idi. Oruc ikən döyüşə gedərdi”. Bu əhvalat Səttar xanın katibi olmuş Hacı Mirzə İsmayıl Əmirxizın "Azərbaycanın qiyamı və Səttar xan" adlı kitabının 129-cü səhifəsində də öz əksini tapıb. Eyni zamanda İran İslam İnqilabının Ali lideri Ayətullah Xamenei də atasının İranın Məşrutə hərəkatını gördüyünü deyib və  bildirib: “Səttarxan çıxışlarında deyirdi ki Əbul-Fəzl Abbasın bayrağı altında hərəkət etmək istəyir”. Bütün bu faktlar Səttər xanın böyük sərkərdə olması ilə yanaşı, onun həm də İslama, Əhli-beytə bağlılığını sübuta yetirir.  

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system