NAMAZ VAXTLARI:
  • FƏCR 03:34
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:20
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 143
Dərsləri boykot edən müəllim məktəbə qaytarıldı

Dərsləri boykot edən müəllim məktəbə qaytarıldı

Astara rayon 2 saylı tam orta məktəbin ingilis dili fənnini tədris edən müəllimi Fuad Mehrəliyevin tələbləri yerinə yetirilərək məktəbə geri qaytarılıb.

"İslaminSesi.info" xəbər verir ki, o, bu haqda sosial şəbəkədə paylaşım edib.

 

O bildirib ki, yenidən dərslərə girməyə başlayıb:

 

“Tədrisə davam edirik. Əgər gələcəkdə yenə təzyiqlər olsa, yenə mübarizə aparacağıq. Bizə ingilis dili mərkəzi yaratmağa kömək edəcəklərini söylədilər. 

 

Mənə ən çox təsir edən şagirdlərimin dəstəyi oldu. Onlar dəstə-dəstə gəlib mənim məktəbdən getməyimi istəmədiklərini deyirdilər. Elə biz müəllimlərin də ən böyük qazancı o şagirdlərin təhsilidir. Dəstək olan hər kəsə təşəkkür edirəm”.

 

Xatırladaq ki, gənc müəllim məktəbdə ona qarşı edilən haqsızlıqlara görə narazılıq edərək dərsləri boykot etmişdi. Onun sosial şəbədəki paylaşımları qısa zaman ərzində böyük müzakirələrə səbəb olmuşdu.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system