Deputatların pensiyaları da artacaq

Oxundu: 125
Deputatların pensiyaları da artacaq

"Gələn ilin yanvarında pensiyalarda indeksləşmənin çox -15 faiz olacağı gözlənilir. Çünki bu il əməkhaqlarında ciddi artımlar oldu".

 

İslaminSesinin Modern.az-a istinadən məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edən komitə sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli qeyd edib ki, deputatların əməkhaqqı artıb, amma təqaüddə olan deputatların pensiyasındakı artım faktiki olmayıb:

“Yanvarın 1-dən həmin şəxslərin də pensiyaları artacaq”.

Qeyd edək  ki, pensiya hüququna malik olan eks-deputatlara Milli Məclisinin fəaliyyətdə olan deputatının maaşı qədər pensiya verilir.

Qanunvericiliyə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra- 1995-ci ildən bu yana deputat seçilənlərin pensiya almaq hüququ var. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system