NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Deputat: Rəqsə getməkdənsə, ailə necə olur, onu öyrənsinlər

Oxundu: 301
Deputat: Rəqsə getməkdənsə, ailə necə olur, onu öyrənsinlər

Hazırda boşananların sayı artıb. Rahatlıqda boşanırlar, ailə dağılır. Çünki ictimai qınaq yoxdur.

"İslaminSesi.info" -nın xəbərinə görə, bunu mayın 15-də Milli Məclisin (MM) Ailə, qadın və uşaq komitəsinin iclasında  komitə sədri Aqiyə Naxçıvanlı deyib.

 

“Toydan iki ay öncə rəqsə gedirlər. Rəqsə getməkdənsə, ağsaqqalın, ağbirçəyin yanına getsinlər, ailə necə olur, onu öyrənsinlər. Ailələrdə dözümlülük yoxdur”, - deyən komitə sədri qeyd edib ki, milli-mənəvi dəyərləri qorumaq lazımdır. 

 

Onun sözlərinə görə, burada təhsilin də rolu var:

 

“Qadınlar komitəyə müraciət edirlər, dinləyəndə, görürsən ki, bunun savadı yoxdur. Sual verirsən ki, necə ailə qurmusan?

 

Deyir, valideynlərin razılığı ilə olub. Deyirəm, bəs ailə qurduğun şəxs qonşun olubsa, əvvəlcədən onun necə birisi olduğunu bilmirdin?

 

Ailə qurmaq, sonradan dağıtmaq o qədər sadələşib ki... Deyirəm ki, ilk gündən döyülmüsənsə, söyülmüsənsə, niyə üç uşaq dünyaya gətirmisən?

 

Deyir ki, uşaqları siz götürün, saxlayın.

 

Uşaqlara dövlətin baxmasını tələb edir. Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən? Əvvəllər belə şeylər olmayıb, müharibə dövründə 18-19 yaşında dul qadınlarımız olub, uşaqlarını təkbaşına böyüdüblər, heç yenidən ailə qurmaq haqqında düşünməyib. İndi bəs nə baş verir?”

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system