NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Deputat hicab qadağasına belə etiraz etdi - Parlamentdə başını bağladı /VİDEO/

Oxundu: 1072
Deputat hicab qadağasına belə etiraz etdi - Parlamentdə başını bağladı /VİDEO/

Bissmann vurğulayıb ki, hicab qadağası 1955-ci il tarixli Avstriya Dövlət Sazişi və Demokratik Federal Konstitusiyanın əsas prinsiplərini pozur

Avstriyalı millət vəkili Martha Bissmann hicaba qadağaya etiraz edərək Avstriya Milli Məclisində hicab taxıb.

 

İslaminSesi.info  Sputnik Azərbaycan-a  istinadən xəbər verir ki, Martha Bissmann Milli Məclis kürsüsündə başını örtərək, "Baş örtüsü taxdım, indi fərqli insan oldummu? Bəli, mənə baxın, sizcə, nə dəyişdi? Hələ millət vəkili sayıla bilərəmmi? O azad, feminist və məzhəbə bağlı olmayan qadın sayıla bilərəmmi? Müsəlman qadınlardan çox şey öyrənə bilərik" ifadələrini işlədib.

 

Hökumətin hicab qadağasının təməl dəyərlərlə ziddiyyət təşkil etdiyini vurğulayan Bissmann deyib ki, hicab qadağası 1955-ci il tarixli Avstriya Dövlət Sazişi və Demokratik Federal Konstitusiyanın əsas prinsiplərini pozur.



Qeyd edək ki, İslam dininin rəsmən qəbul edildiyi və 700 mindən çox müsəlmanın yaşadığı Avstriyada ibtidai sinif şagirdlərinə (10 yaşadək) hicab taxmaq qadağan olunub. Bu barədə ölkə parlamenti qanun qəbul edib. "İbtidai sinif şagirdlərinin 10 yaşına kimi başlarını örtəcək şəkildə dini inancları təmsil edən paltarlar geyinməsi qadağandır" - deyə qanunda yazılıb.

 

Sənəddə o da deyilir ki, qanun pozuntusuna yol verən ailələr 440 avroyadək cərimələnəcək.

 

Başda Avstriya İslam Cəmiyyəti olmaqla, bir sıra qeyri-hökumət təşkilatları bu qanunun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəklərini bildirib. Onların fikrincə, bu qanun konstitusiyada bərabərlik prinsipinə ziddir.




 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system