Dəniz quldurları Nigeriya sahillərində konteyner gəmisini ələ keçiriblər

Oxundu: 143
Dəniz quldurları Nigeriya sahillərində konteyner gəmisini ələ keçiriblər

Danimarka şirkətinə məxsus “Maersk Tema” adlı konteyner gəmisi Nigeriyadan təxminən 300 kilometr aralıqda dəniz quldurları tərəfindən ələ keçirilib.

“RİA Novosti”-nin verdiyi xəbərə görə, bu barədə Finlandiyanın “Iltalehti” nəşri məlumat yayıb.

 

“Cümə günü səhər quldurlar Nigeriya sahillərindən 300 kilometr məsafədə Danimarkanın “Maersk Tema” konteyner gəmisinə minməyə müvəffəq oldular. Ən azı iki quldur gəmiyə daxil ola bilib”, - məlumatda belə deyilir.


Gəmi heyətinin kayutlardan birində gizləndiyi bildirilir. Saytın məlumatına görə, yaxınlıqda başqa gəmilər yoxdur.


Gəminin Konqodakı Puent-Nuar limanından Nigeriyaya getdiyi deyilir./apa.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system