Demokratlar: Tramp 2020-ci il seçkilərində qələbə üçün “korrupsioner sxem”dən istifadə edib

Oxundu: 95
Demokratlar: Tramp 2020-ci il seçkilərində qələbə üçün “korrupsioner sxem”dən istifadə edib

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar prezident Donald Trampı Ukraynaya siyasi rəqibi, keçmiş demokrat vitse-prezident Co Baydenlə bağlı təhqiqat aparmaq üçün “korrupsioner sxem”dən bir məqsədlə - bu il seçkilərdə qələbə üçün “aldatmaq” məqsədilə istifadə etməkdə ittiham ediblər.

Konqresmen Adam Şiff prezident Trampın impiçmentin iki maddəsi ilə Senatda münsiflət məhkəməsində hakim qismində iştirak edən 100 senatora deyib: “Prezident qanundan üstün olduğuna inanır və məhdudiyyətlərə həqarətlə yanaşır”.

 

Şiff Demokratların respublikaçı Trampın məhkum edilməsi və vəzifəsindən kənarlaşdırılması məqsədilə üç gün ərzində arqumentlərini təqdim etməyə başladığı ilk gün bildirib ki, ölkənin 45-ci prezidenti “ölkə daxilində siyasi üstünlük qazanmaq üçün xaricdən kömək” axtarıb.


Adam Şiff Nümayəndələr Palatasında Trampa qarşı impiçment prosesinə rəhbərlik edir. Onun bildirdiyinə görə, işin əsasında prezidentin Konqres tərəfindən “Rusiya ilə müharibədə olan” Ukraynaya ayrılmış 391 milyon dollarlıq yardımı saxlaması, eyni zamanda isə Ukrayna prezidenti Volodimir Zelenskiyə Bayden və onun Ukraynanın təbii qaz şirkətinin direktorlar şurasının üzvü olmuş oğlu Hanter Beydenlə bağlı təhqiqata başlamaq və 2016-cı ildə Trampın kampaniyasına mane olmaq məqsədilə Ukraynanın ABŞ prezident seçkilərinə müdaxilə etdiyinə dair nəzəriyyəni qəbul etməsi üçün təzyiq göstərməsi durur.


Debat çərşənbə axşamı günü başlayıb və 13 saat davam edib. Nümayəndələr Palatasında işə rəhbərlik edən qanunvericilər respublikaçıların nəzarətində olan Senatda Trampın Ukraynaya Baydenlərlə bağlı təhqiqat aparmaq üçün təzyiq səyləri ilə bağlı sənədlərin təqdim edilməsi və şahidlərin məhkəməyə çağırılması ilə bağlı səsvermədə bir-biri səsləri itiriblər.


Şənbə günü Trampın vəkilləri üç gün ərzində müdafiəni təqdim edəcəklər. Trampa qarşı impiçmentin iki maddəsi irəli sürülüb: vəzifəsindən sui-istifadə etmək və Konqresin onun Ukrayna ilə bağlı hərəkətlərini təhqiq etmək səylərinin qarşısını almaq.


Demokratlar bəzi Respublikaçıların bildirdiyi kimi, Trampın Ukraynada korrupsiya ilə geniş mübarizə səylərində deyil, yalnız Zelenskinin Baydenlərlə bağlı təhqiqatı elan etməkdə maraqlı olduğunu irəli sürürlər.


Trampın vəkilləri isə onun Ukrayna ilə legitim münasibətlər apardığını, səhv iş görmədiyini və bəraət qazanacağını bildirirlər./virtualaz.org/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system