NAMAZ VAXTLARI:
  • FƏCR 04:30
  • GÜN 05:58
  • ZÖHR 12:44
  • ŞAM 19:47
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Dəmiryolu ilə sərnişin və yükdaşıma qaydaları dəyişəcək - FƏRMAN

Oxundu: 410
Dəmiryolu ilə sərnişin və yükdaşıma qaydaları dəyişəcək - FƏRMAN

Dəmiryolu ilə sərnişinlərin daşınması dövlət tərəfindən subsidiyalaşdırılacaq. Bununla bağlı müddəa ölkə prezidenti İlham Əliyevin “Azərbaycan Dəmir Yolları”nın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fərmanında nəzərdə tutulub.

"İslaminSesi.info" xəbər verir ki, fərmana görə, dəmiryolu ilə yüklərin, sərnişinlərin, baqajın və yük-baqajın daşınması qaydalarında dəyişikliklər olacaq.

 

Eləcə də, “Dəmir yolu nəqliyyatı haqqında nizamnaməni”, texniki istismar qaydalarını, qatarların hərəkətinə və manevr işinə dair təlimatı, siqnalizasiya təlimatını hazırlamaq üçün müvafiq qrumlara altı ay vaxt verilib.

 

Prezidentin verdiyi tapşırıqlar arasında hərəkətin təhlükəsizliyi və nəqliyyat hadisələrinin araşdırılması və qeydiyyatı qaydalarını, dəmiryolu nəqliyyatının yüksək təhlükəli zonalarında vətəndaşların olması, obyektlərin yerləşdirilməsi və işlərin aparılması qaydalarının təkmilləşdirilməsi də öz əksini tapır.

 

Eyni zamanda, dəmiryoluna məxsus torpaqların sərhədlərinin aktual qrafik təsvirinin hazırlanması tələb olunub.

 

Dəmir yoluna məxsus və xüsusi mühafizə zonasının hüdudları barədə məlumatları üç ay, dəyişikliklər barədə məlumatların bir ay müddətində Nazirlər Kabinetinə təqdim edilməsi tapşırılıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system