NAMAZ VAXTLARI:
  • FƏCR 05:10
  • GÜN 06:30
  • ZÖHR 12:32
  • ŞAM 18:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

“DəmirBank”ın əmanətçilərinə kompensasiya ödənilib

“DəmirBank”ın əmanətçilərinə kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsini davam edir və 17 fevral 2018-ci il tarixinə əmanətçilərə nağdsız qaydada 38 mln. manatdan artıq kompensasiya ödəyib.

"İslaminSesi.info" bildirir ki,  fonddan verilən məlumata görə, Azərbaycan iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatları nəzərə alaraq, ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir.

“Bu addım ödəniş prosesinin şəffaf keçirilməsinin bariz nümunəsidir və qorunan əmanətçilər tərəfindən rəğbətlə qarşılanır. Kompensasiyaların ödənilməsi “KapitalBank” ASC-nin 26 filialında aparılır. Kompensasiyaların ödənilməsi prosesi 1 fevral tarixindən başlanılıb və qorunan əmanətçilər kompensasiyaların ödənilməsi üçün 1 (bir) il müddətində müraciət edə bilərlər”, - deyə məlumatda vurğulanıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system