NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 295
Dəməşqətrafı hücumlar davam etsə Suriyanı bombalayacağıq - Nikki Heyli

Dəməşqətrafı hücumlar davam etsə Suriyanı bombalayacağıq - Nikki Heyli

Əgər BMT Dəməşqətafı əyalətin Şərqi Quta bölgəsində atəşkəs əldə edə bilməsə Amerika Birləşmiş Ştatları Suriyaya zərbə endirəcək. İslaminSesi.info Kommersant-a istinadla xəbər verir ki, bunu ötən gün Nyu-Yorkda keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ-ın nümayəndəsi Nikki Heyli bildirib.

"Lazım olsa Birləşmiş Ştatlar əvvəlki kimi hərəkətə keçməyə hazırdır. Bu, bizim üstün tutduğumuz yol deyil, amma nümayiş etdirdiyimiz yoldur. Biz onu (hərbi təcavüzü-İS) yenidən seçməyə hazırıq", - deyə Heyli xəbərdarlıq edib.

 

Heyli bunu deməklə 2017-ci ildə Suriyanın Şueyrat hərbi hava bazasına ABŞ-ın endirdiyi raket zərbələrini xatırladıb. O vaxt Qərb ölkələri bu bazadan təyyarələrin qalxaraq Xan Şeyxun yaşayış məntəqəsinə kimyəvi hücum həyata keçirdiyini iddia etmişdi. Lakin ortada heç bir maddi sübut olmamasına baxmayaraq ABŞ bu xəbərlər iddiası ilə bazaya 59 raket atmış, 100 nəfərin ölümünə, təyyarələrin məhv olunmasına səbəb olmuşdu. Amerikanın daimi nümayəndəsi Heyli, bildirib ki, BMT Təhlükəsizlik Şurası o vaxt bu barədə hərəkət etmək iqtidarında deyildi, ona görə də Birləşmiş Ştatlar kimyəvi hücumunun həyata keçirildiyi aviabazaya uğurla zərbə endirib.

 

Qeyd edək ki, Dəməşqətrafı Şərqi Quta bölgəsi hazırda "Ən-Nusra Cəbhəsi" terror qruplaşmasının nəzarətindədir və Suriya ordusu hərbi qüvvələrini bu bölgəni terrorçulardan azad etməyə yönəldib və demək olar ki, onları məhv edib. ABŞ-ın təhdidləri də terrorçuları qorumaq üzrədir.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system