NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 356
Delfinlər delfinlərə qarşı : Meksika sahillərinə faciə yaşanıb

Delfinlər delfinlərə qarşı : Meksika sahillərinə faciə yaşanıb

İslaminSesi.info Nat-geo.ru-ya istinadla xəbər verir ki, Meksikanın ətraf mühitin mühafizəsi üzrə dövlət agentliyi La-Pas körfəzində keçirilən xilasetmə əməliyyatı barədə məlumat verib.

Burada sahildə delifinlərin delfis növünün (adi növ) 54 nümayəndəsi tapılıb. Aşkar edilən zaman heyvanların bir neçəsi hələ nəfəs alırdı və könüllülər anları dərin sularadək aparıblar. Lakin təəssüf ki, 21 nəfəri  xilas etmək mümkün olmayıb. 

 

Ehtimallara görə, hadisənin səbəbkarı alafinа növ delfinlər olub: Ölən və xəsarət alan delfinlərin üzərində onların dişlərinin izləri tapılıb. Delfinlərin bir növünün nümayəndələrinin başqa növlərinə hücum etməsinin səbəbi məlum deyil. Çox güman ki, hücumlar körfəz sularında məhdud qidalar üzrə mübarizə səbəbindən baş verib. Və bu kimi toqquşmada adi delfinlərdən şansı az olur, çünki onlar 2,3 metrə qədər uzunluğu və 80 kq-a qədər çəkiləri ilə, çəkiləri 300 kq-a çata bilən alafinalara uğurla müqavimət göstərə bilməzlər. 

 

Hazırda ölən heyvanların ölüm səbəbini dəqiq müəyyənləşdirmək üçün onların bədənlərinin müayinəsi aparılır. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system