NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Dələduzluqda təqsirləndirilərək axtarışa verilən şəxs həbs edilib

Oxundu: 253
Dələduzluqda təqsirləndirilərək axtarışa verilən şəxs həbs edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mahir Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

İslaminSesi.info nın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, bir müddət əvvəl cinayət işi üzrə barəsində həbs-qətimkan tədbiri seçilməyən M.Niftəliyev son məhkəmə proseslərində iştirak etməyib. Bu səbəbdən onun barəsində axtarış elan edilib və icraat dayandırılıb.

 

Hazırda Yasamal Rayon Polis İdarəsinin əməkdaşları M.Niftəliyevi saxlayaraq aidiyyatı üzrə təhvil verib və onun barəsində həbs qətimkan tədbiri seçilib. 

 

Proses iyulun 4-ə təyin edib. 

 

Qeyd edək ki,  Mahir Niftəliyev vətəndaş Sultanov Vidadi Şərafəddin oğluna qarşı dələduzluq etməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system