"Dekabrda dollara tələbin artması gözlənilən idi..." - Vüqar Bayramov

Oxundu: 258

"Manatın məzənnəsinin necə dəyişməsi birbaşa yenə də Mərkəzi Bankın mövqeyindən asılı olacaq"

“2019-cu ilin ilk 11 ayında 5 milyard 707 milyon dollar valyuta satan Dövlət Neft Fondu (ARDNF) ötən ilin analoji dövrü ilə müqayisədə satışı 1,3 faiz azaltsa da, bu aydan etibarən dollara tələbin artması müşahidə olunmaqdadır. Bəzi banklarda son aylar ilk dəfə olaraq 1 dolların alış kursunu 1.7020-dək yüksəlib”. 

 

İslaminSesi xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, öncədən proqnozlaşdırdığımız kimi, dekabrda dollara tələbin artması gözlənilən idi. Belə ki, dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır: "Bir barel neftin dünya bazar qiyməti 60 dollardan aşağı olmasa da, hələ də neft ölkələri üçün məqbul səviyyə hesab olunmur. Eyni zamanda, neft bazarındakı volatillik də neft ölkələrinin valyuta gəlirlərinə birbaşa təsir göstərir". 

 

Ekspertin qənaətinə görə, dekabrda dollara tələbin artmasının davam edəcəyi gözlənilir. Növbəti aydan etibarən isə tələb yenidən stabilləşəcək: "Manatın məzənnəsinin necə dəyişməsi isə birbaşa yenə də Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Amma aydındır ki, uzun müddətli dövrdə manatın məzənnəsinin stabilliyi üçün valyuta bazarına neftdən kənar sektordan daxil olan valyutanın həcminin artırılmasına ehtiyac var”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İQTİSADİYYAT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system