NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 56
Dəhşətli zəlzələdə azərbaycanlı zəvvarlar zərər çəkibmi? - FOTO

Dəhşətli zəlzələdə azərbaycanlı zəvvarlar zərər çəkibmi? - FOTO

İraqdakı zəlzələdə azərbaycanlı zəvvarlardan xəsarət alan yoxdur.

Yeraltı təkanlar 7,3 bal gücündə olub və bütün Yaxın Şərq regionunda hiss olunub.

Noyabrın 12-də İran-İraq sərhədində, İraqın Süleymaniyyə əyalətində 10 kilometr dərinlikdə zəlzələ baş verib. İlkin məlumata görə, zəlzələ episentrində 7,3 bal gücündə olub. Ancaq zəlzələnin təsiri böyük bir ərazidə hiss olunub. Beynəlxalq Zəlzələ İnstitutunun məlumatına görə, zəlzələ İraq, İran, Türkiyə, Suriya, Küveyt, İordaniya, İsrail, BƏƏ, eləcə də Cənubi Qafqaz regionunda - Azərbaycan, Gürcüstan və Ermənistanda hiss olunub.

Qeyd edək ki, yerli sakinlərin məlumatına görə, yeraltı təkanlar Azərbaycanın cənub regionunda hiss olunub. Hələlik dağıntılarla bağlı məlumat yoxdur.

Artıq təlafat barədə məlumatlar gəlib. İranda 211 nəfərin, Ərbildə 6 nəfərin öldüyü, İraqda 50-dən çox yaralının olduğu bildirilir. İranın Qəsri Şirin şəhərində də tələfat qeydə alınıb.

Qeyd edək ki, yeraltı təkanlar İraqın Kərbəla şəhərində də hiss olunub. Hazırda Kərbəlada olan "Salam Tour" ziyarət şirkətinin nümayəndəsi Ceyhun Hacıyev bildirdi ki, yeraltı təkanlar Kərbəlada əhali təlaşla küçələrə qaçıb. Ancaq şəhərdə dağıntı qeydə alınmayıb. Əhali isə uzun illərdir Kərbəlada zəlzələ olmadığını və təlaşın da bu səbəbdən daha çox olduğunu qeyd edib.

İslamınSəsi musavat.com-a istinadla bildirir ki, Azərbaycandan hazırda İraq ərazisində olan zəvvarlar arasında tələfat və xəsarət alanlar yoxdur. Hazırda azərbaycanlı zəvvarların böyük bir qismi Kərbəla şəhərindədir, bir qismi isə artıq geriyə qayıtmaq üçün yola çıxıb. Ancaq qruplardan hər hansıda xəsarət haqda məlumat yoxdur.

Hazırda Kərbəlada olan zəvvar Xatun Etibarqızı Facebook sosial şəbəkəsində yazıb: "İran və İraq sərhədində baş vermiş 7.2, bəzi məlumatlara görə 7.4 bal zəlzələ Suriya, BƏƏ, Küveyt, İsrail, Türkiyə, İordaniya, Azərbaycan, Ermənistan və Gürcüstanda da hiss olunub. İraqın 8 kəndində dağıntılar var. Episentr Süleymaniyədir. Bizdən narahat olmayın, salamatçılıqdı. Ağa zəvvarına zamindir. Inşallah vətənə sağ-salamat dönərik".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system