NAMAZ VAXTLARI:
  • FƏCR 06:09
  • GÜN 07:34
  • ZÖHR 12:27
  • ŞAM 17:37
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 161
Daşkəsəndə qəza - Yaralıların vəziyyəti ağırdır

Daşkəsəndə qəza - Yaralıların vəziyyəti ağırdır

Daşkəsən-Gəncə yolunda baş vermiş avtomobil qəzasında xəsarət alanların adları məlum olub.

İslaminSesi "Report"un Qərb bürosu istinadən xəbər verir ki, bunlar dövlət qeydiyyat nişanı "35-BS-441" olan "VAZ -2107" markalı avtomobilin sürücüsü, Daşkəsən rayon sakini, 1986-cı il təvəllüdlü Vüqar Qəmbər oğlu Məhərrəmov, maşında olan sərnişinlər, Daşkəsən rayon sakinləri - 1987-ci il təvəllüdlü Əntiqə Məhəmməd qızı Məmmədova, 1981-ci il təvəllüdlü Minayə Əhəd qızı Qurbanova və Gəncə şəhər sakini, 1953-cü il təvəllüdlü Xanlar Səfər oğlu Əhmədovdur.

 

Hadisə zamanı dövlət qeydiyyat nişanı "16-BL-305" olan "ZİL" markalı yük maşınının sürücüsü, Daşkəsən rayon sakini, Rövşən Bilal oğlu İsmayılov isə alın nahiyəsindən yüngül xəsarət alıb.

 

***

 

Daşkəsən-Gəncə yolunun 3-cü km-də 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, taksi kimi fəaliyyət göstərən Vüqar adlı sürücünün idarə etdiyi "VAZ-2107" markalı avtomobil "ZİL" ilə toqquşub.

 

Nəticədə taksinin sürücüsü və maşında olan 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb. Yaralıların vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system