NAMAZ VAXTLARI:
  • FƏCR 05:59
  • GÜN 07:22
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Daş karxanalarında aparılan monitorinqlərin nəticələri açıqlanıb

Oxundu: 44
Daş karxanalarında aparılan monitorinqlərin nəticələri açıqlanıb

"İstifadə edilən avadanlıqların təhlil edilməsi ilə bağlı Bakı şəhərində, həm də ayrı-ayrı bölgələrdə yerləşən daş karxanalarında monitorinqlər aparılıb".

"İslaminSesi.info"  xəbər verir ki, bunu "Daş karxanalarında müasir idarəetmə və ekoloji tələblərin tətbiqi" mövzusunda dəyirmi masa da Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri İlham Pənahov deyib.

 

Onun sözlərinə görə, monitorinqlər zamanı məlum olub ki, daş karxanalarında hazırda istifadə edilən avadanlıqlar sovet dövründə istehsal olunub və vaxtı keçib: "Karxanalarda istifadə olunan avadanlıqların çoxu tam aşınıb. Bəzi yerlərdə avadanlıqlar təhlükəsizlik tələblərinə cavab vermir. Heç bir ekoloji tələb gözlənilmir, ekoloji mühitə dəyən zərərin qarşısı alınmasa gələcəkdə vəziyyət daha da pis olacaq".

 

İ.Pənahov qeyd edib ki, daş karxanalarında elə də çox və çeşidli avadanlıqlara ehtiyac yoxdur: "Karxanalarda 3-4 adda avadanlıq tətbiq olunur ki, onları da günün tələblərinə cavab verən yeni avadanlıqlarla əvəz etmək lazımdır".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system