NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Darvindən min il əvvəl təkamül nəzəriyyəsini irəli sürən alim - Əl-Cahiz

Oxundu: 1858
Darvindən min il əvvəl təkamül nəzəriyyəsini irəli sürən alim - Əl-Cahiz

Çarlz Darvinin elmdə inqilab hesab edilən və bəşəriyyətin canlılar aləmi barədə biliklərini kökündən dəyişdirən təkamül nəzəriyyəsi elmin inkişafında məhək daşlarından biridir. Onun 1859-cu ildə yazdığı "Növlərin mənşəyi" kitabında canlıların ortaq növünün təkamül prosesi nəticəsində fərqli orqanizmlərə çevrildiyi əsaslandırılıb. Lakin tarixi mənbələr bu nəzəriyyənin daha qədim kökləri olduğunu ortaya çıxarır.

 

"İslaminSesi"  AZƏRTAC-a istinadən bildirir ki, Darvindən təqribən min il əvvəl İraqın Bəsrə şəhərində yaşamış Əl Cahiz adı ilə tanınan müsəlman filosofun "Kitab-ül Hayvan" əsərində növlərin təbii seçilməsi prosesi göstərilib. Əsl adı Əbu Osman Əmr Əl Kənani Əl Bəsri olan bu alimin 776-cı ildə Bəsrədə dünyaya gəldiyi bildirilir. O, həmin dövrdə bölgədəki ərəb fəlsəfəsi və din alimləri arasında geniş yayılmış Mütəzilə elmi cərəyanının nümayəndəsi olub. Abbasilər sülaləsinin hakimiyyəti zamanı yunan filosoflarının əsərlərinin ərəbcəyə tərcümə olunduğu bir şəraitdə məntiqə söykənən bu cərəyanın içərisindən islam dünyasının güclü alimləri çıxıb. Çin tacirlərinin Bəsrəyə gətirdikləri kağız sayəsində elmi fərziyyələrin daha sürətlə yayıldığı bir dövrdə Əl Cahiz 200-dən çox kitab yazıb. Lakin onlardan cəmi üçdəbiri qorunub saxlanılıb.

 

BBC-nin reportajında deyilir ki, Əl Cahizin təkamül nəzəriyyəsində 350 müxtəlif heyvan növləri təhlil olunur və onun tədqiqatının nəticələri bir çox hallarda Darvinin fikirləri ilə üst-üstə düşür. "Heyvanlar mövcudluğunu davam etdirmək, yaşamaq uğrunda mübarizə və çoxalmaq üçün mübarizəni davam etdirirdilər. Ətraf mühit amili onların həyatda qala bilməsi üçün yeni zahiri və daxili dəyişikliklərə uğramasına səbəb olur, beləliklə də yeni növlər yaranırdı", -deyə alimin kitabında qeyd olunur.

 

Əl Cahiz yazırdı ki, canlılar aləmində yaşamaq uğrunda mübarizə birilərinin digərlərindən güclü olması fonunda davam edib.

 

ƏL Cahizin bu nəzəriyyəsini ondan sonra gələn digər müsəlman alimlər - Əl Fərabi, Əl Ərəbi, Əl Biruni və İbn-i Haldun da davam etdiriblər. Pakistanın "mənəvi atası" hesab olunan Məhəmməd İqbal 1930-cu ildə dərc olunmuş əsərində yazırdı ki, "heyvanların köç etməsi zərurətini və ətraf mühit dəyişmələri ilə bağlı proseslərin həlledici əhəmiyyətini məhz Əl Cahiz ortaya çıxarıb". Bununla belə, Darvinin ərəbcə bildiyi və Əl Cahizin kitablarından istifadə etdiyi barədə hər hansı sübutlar yoxdur.
 

"The Guardian" qəzetinin Əl Cahiz haqqında dərc etdiyi məqalədə bildirilir ki, onun kitabları VIII-IX əsrlərdə Şərqdə elmin mərkəzi olan Bağdad alimlərinin ilham mənbəyi idi. Elə 92 yaşında dünyadan köçən filosofun meyitini də kitablarının üzərində uzanmış vəziyyətdə tapıblar.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MƏDƏNİYYƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system