Dahi Tolstoydan həyatınızı dəyişəcək qızıl sözlər

Oxundu: 2259
Dahi Tolstoydan həyatınızı dəyişəcək qızıl sözlər

“İslaminSesi” dünya şöhrətli yazarın insan həyatını dəyişəcək və geniş düşüncələrə yol açacaq kəlamlarını təqdim edir. Bu kəlamlar sizərin həayata baxışınızı dəyişəcək

1. Bəzi xoruzlar elə bilirlər ki, Günəş bunların banlamasına görə çıxır.


2. Həyat nə gedəni, nə də ki, itirdiyin zamanı geri qaytarır. Ya zamanında lazımı formada yaşayacaqsan, ya da ki, yaşamadım deyə ağlamayacaqsan.


3. Kiçik pullar(qəpik) insanın cibini yırtdığı kimi, kiçik insanlar da qəlbləri qırar. Ona görə hər ikisini də zamanında xərcləyin getsin.

 

4. İnsan bədənini əməliyyat etmək üçün yatızdırmaq, ruhunu müalicə etmək üçün oyandırmaq lazımdır.

 

5. Hamı insanlığın günü-gündən uçuruma getdiyini qəbul etsə də, heç kim özünün uçuruma və pisliyə yuvarlandığını qəbul etmir. Hər bir kəs insanlığı xilas etməyə və dəyişdirməyə çalışsa da, heç kəs özünü xilas etməyə və dəyişdirməyə çalışmır.

 

6. Daima sənə qarşı düşmənçlik etdiyi üçün şeytana qəzəblənərsən. Çalış yaxşı əməllər et ki, o da sənə qəzəblənsin.

 

7. Varlığı ilə bir şey qazandırmayan insanların, yoxluğu ilə bir şey hiss edilməz.

 

8. Bil ki, yaşadıqlarınla deyil yaşatdıqlarınla xatırlanarsan. Və unutma ki, nə yaşadırsansa, əlbəttə ki, bir gün də onu yaşayarsan.

9. Bir insanının fəth etdiyi məqamı ilə yox, hədəf seçdiyi məqamına görə qiymətləndirmək lazımdır.

 

10. Dünyada ən güclü döyüşçü səbr və zamandır.

 

11. Bir insan ağrı və acı hiss edirsə canlıdır. Digərlərinin ağrı və acısını hiss edənlər isə insandır.

 

12. İnsanın həqiqi gücü irəli getməyində yox, sarsılmaz duruşundadır.

 

13. Öz xoşbəxtliyindən başqa hədəfi və məqsədi olmayan insan pis insandır.

 

14. İnsanların çoxu o işi görməsi, həmin işin düz olması anlamına gəlməz.

 

15. Heç kim digərini aşağılayacaq qədər böyük deyildir. Bilməlisən ki, kiçimsədiyin hər bir şey üçün vaxt gələr, böyük bədəl ödəyərsən.

16. Birinə çirkab atmamışdan öncə yaxşı düşün və heç vaxt unutma ki, öncə sənin əllərin çirkaba bulaşacaq.

 

17. Başqalarının həyatından dərs alın. İnsan bütün xətaları edəcək uzun ömür yaşaya bilmir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MƏDƏNİYYƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system