Daha bir neçə dairə ləğv edilə bilər – MSK təcili iclas çağırdı

Oxundu: 146
Daha bir neçə dairə ləğv edilə bilər – MSK təcili iclas çağırdı

Sabah – fevralın 15-də saat 14:00-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

Pravda.az-ın xəbərinə görə, iclasda MSK-ya daxil olan müraciətlərlə bağlı qərar veriləcək.

 

Seçki dairələrindən bir neçəsinin nəticələri ləğv edilə bilər.

 

Qeyd: MSK-nın fevralın 13-də keçirilmiş iclasında 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

 

Nəticələri ləğv edilmiş dairələr bunlardır:

 

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

 

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

 

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

 

- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system