Daha bir müəmmalı “Tender kralı” - “Azərtranss”...

Oxundu: 121
Daha bir müəmmalı “Tender kralı” - “Azərtranss”...

20 manat nizamnamə kapitalı ilə 1 milyon 300 minə icra hakimiyyəti binasının təmiri, 800 minə abadlıq işləri…

Təəssüf ki, Azərbaycanda çox zaman böyük miqyaslı tenderlərin və dövlət satınalmalarının cəmiyyət üçün tanış olmayan, müəmmalı şirkətlər tərəfindən qazanılması adi hala çevrilib. Adətən belə şirkətlərin çoxu ilə internet üzərindən əlaqə yaratmaq, yaxud hansısa formada fəaliyyəti barədə ətraflı məlumat almaq mümkünsüz olur. Yalnız mətbuatda dərc edilən məlumatlardan aydın olur ki, hansısa “X” şirkəti hansısa dövlət qurumunun növbəti dəfə milyonluq tenderinin qalibi olub, vəssalam…


İslaminSesi “AzPolitika.info”-ya istinadən xəbər verir ki, bu ilin yanvar-dekabr aylarında Qazax rayonunda dövlət qurumları tərəfindən keçirilən tenderlərin nəticələri məlum olub. Müvafiq qurumlar tərəfindən ümumi məbləği 3 milyon 246 min 123 manat olan 29 tender keçirilib. Məlumatda diqqət cəlb edən məqamlardan biri iri məbləğli üç tenderin qalibinin bir şirkət – “Azərtranss” MMC olmasıdır. Şirkət Qazax rayonundakı abadlıq işləri üzrə 791.158 manat, 8 ədəd binanın dam örtüyünün təmiri üçün 669.467 manat və yolların təmir işləri üçünsə 530.040 manatlıq tenderlərin qalibi olub. Bu, üst-üstə 1 milyon 990 min manat, yəni az qala 2 milyon manat deməkdir...

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system