NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Daha bir məktəb qalmaqalı: “Oğlumu döyərək öldürüblər” – Video

Oxundu: 566
Daha bir məktəb qalmaqalı: “Oğlumu döyərək öldürüblər” – Video

Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki H.Z. Tağıyev adına 123 №-li tam orta məktəbin şagirdi döyülərək öldürülüb.

"İslaminSesi.info" xəbər verir ki, bu iddianı şagirdin valideyni Mehman Paşayev Bizimyol.info-ya açıqlamasında bildirib.

 

O, iddia edib ki, XI “b” sinfinin şagirdi Lətifov İlkin Mehman oğlu məktəbdə döyülüb: “Oğlum ağır xəsarət alması ilə bağlı mənə gec məlumat verilib. 3 saylı Şəhər Klinik Xəstəxanaya yerləşdirilən övladım əməliyyat olunub. Amma övladımın həyatını xilas etmək mümkün olmayıb. Bu hadisə ilə bağlı məktəbin rəhbərliyinin və həkimlərin məsuliyyətə cəlb olunmasını tələb edirəm”.

 

Valideyn bildirib ki, məktəbdin rəhbərliyi hadisə ilə bağlı ona yalan məlumat verib: “Öncə mənə dedilər ki oğlum yıxılaraq xəsarət alıb. Amma xəstəxanadan daxili orqanlarında qanaxma olması və əməliyyat olunacağı barədə məlumat veriləndən sonra övladımın döyüldü bildirildi. Mən bu faciənin ciddi araşdırılmasının və nəzarətdə saxlanılması xahiş edirəm”.

 

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə informasiya sorğusu göndərilib.

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system