NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Daha 300 avtobus avqustda istismardan çıxarılır

Oxundu: 116
Daha 300 avtobus avqustda istismardan çıxarılır

“Bakı Nəqliyyat Agentliyinin (BNA) texniki heyəti bu həftə Türkiyəyə yola düşəcək.

Məqsəd Azərbaycan üçün istehsal olunan 300 avtobusa “BMC Otomotiv Sanayi ve Ticaret” AŞ şirkətində baxış keçirilməsidir”.

 

Bunu  BNA-nın mətbuat katibi Mais Ağayev bildirib.

 

M.Ağayev qeyd edib ki, 300 yeni avtobus avqustda Bakıda olacaq:

 

“İlkin olaraq daha çox şikayət olunan, problemlər yaşanan xətlərdəki avtobuslar yenilənəcək. Müasir standartlara cavab verən, kondisionerli avtobuslar, eyni zamanda, Bakıətrafı qəsəbələrə işləyən marşrut xətlərinə də buraxılacaq”.

 

M.Ağyevin sözlərinə görə, hazırda Bakı şəhərində müntəzəm marşrut xətləri üzrə təxminən 2000-2020 ədədə yaxın avtobus gündəlik olaraq sərnişinlərə xidmət göstərir:

 

“Yeni avtobusların gətirilməsindən sonra Bakıdakı avtobus parkının xeyli hissəsi yenilənmiş olacaq. Yeni avtobusların uzunluğu 12 və 18 metrdir”.

 

İstismardan çıxarılacaq avtobusların aqibətinə gəlincə, BNA rəsmisi deyib ki, bu, daşıyıcı şirkətlərin səlahiyyətlərində olan məsələdir. modern.az

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system