ÖLKƏ

Oxundu: 129
Cüdoçularımız Avropa kubokunda üçüncü oldu

Cüdoçularımız Avropa kubokunda üçüncü oldu

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən cüdo üzrə Avropa kuboku seriyasından daha bir yarış başa çatıb.

"İslaminSesi.info"-nın xəbərinə görə, yeniyetmə cüdoçularımız bu turnirdə bir qızıl, üç gümüş və üç bürünc medal qazanıblar. 

 

Yeganə çempionumuz 55 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev olub. O, finalda Azərbaycanın bu çəkidə digər idmançısı Balabəy Ağayevlə qarşılaşıb.

 

Bundan başqa, Ramilə Əliyeva (48 kq) və Yaşar Nəcəfov (60 kq) gümüş medal əldə edib. Əhməd Yusifov (60 kq), Murad Fatıyev (81 kq) və Gültac Məmmədəliyeva bürünc medala layiq görülüb.

 

Azərbaycan turnirdə yeddi medalla III yerə çıxıb. I yeri 28 medalla meydan sahibi Rusiya, II sıranı isə 11 medalla Yaponiya idmançıları tutub.

 

Qeyd edək ki, Avropa kuboku yarışında qitənin 16 ölkəsindən 263 cüdoçu mübarizə aparıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system