NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Cüdoçular arasında keçirilən Bakı birinciliyində ilk günün qalibləri məlum olub

Oxundu: 274
Cüdoçular arasında keçirilən Bakı birinciliyində ilk günün qalibləri məlum olub

"Sərhədçi" Olimpiya İdman Kompleksində 23 yaşadək cüdoçular arasında keçirilən Bakı şəhər açıq birinciliyində ilk günün qalibləri məlum olub.

"İslaminSesi.info" bildirir ki, Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, oğlanların mübarizəsində Rəşad Baxşəliyev (60 kq) və Rəşid Məmmədəliyev (66 kq) qızıl medal qazanıb.

 

Qızlar arasında isə Şəfəq Həmidova (48 kq), Elvira Əsgərova (52 kq), Zəhra Mehdiyeva (57 kq), Cəmalə Muqumova (63 kq), Günel Həsənli (70 kq), Nərmin Əmirli (78 kq), Aytəkin Paşazadə (+78 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Qalib və mükafatçılara Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları verilib.

 

Paytaxt birinciliyinin ilk günü 60 illik yubileyini qeyd edən beynəlxalq dərəcəli hakim Valeh Məhərrəmliyə Azərbaycan Cüdo Federasiyasının xüsusi hədiyyəsi təqdim olunub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system